Əsas Səhifə > Melange > Qlaukoma nədir?

Qlaukoma nədir?


24-04-2017, 12:22.
title}
Qlaukoma nədir?


Qlaukoma gözdaxili təzyiqin artması ilə müşahidə olunan və müalicə olunmadıqda korluğa səbəb olan xəstəlikdir.

SİVİL.AZ xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bildiriblər ki, qlaukoma xəstəliyinin erkən mərhələsində insanlarda heç bir şikayət olmur, lakin xəstəlik irəlilədikcə görmə sinirinin atrofiyası yaranır. Xəstələrdə getdikcə görmə azalır və görmə sahəsində daralma meydana çıxır. “Kəskin qlaukoma tutması” isə gözdaxili təzyiqin kəskin artması nəticəsində yaranır. Bu zaman gözdə qızartı, ağrı, bulanıq görmə, işıq ətrafında rəngli halqaların görülməsi, ürəkbulanma və qusma kimi əlamətlər yaranır.

Qlaukoma diaqnozu gözdaxili təzyiq ölçüldükdən və görmə siniri müayinə olunduqdan sonra qoyula bilər. Qlaukoma şübhəsi olduğu halda paximetriya, görmə sahəsi, OCT və ya HRT müayinələri aparılır.

Bu xəstəliyin müalicəsi dərman, lazer və cərrahi üsulla aparılır. Dərmanla aparılan müalicəyə baxmayaraq xəstəlik inkişaf etdiyi təqdirdə lazer və cərrahi üsuldan istifadə olunur.

Qlaukoma xəstələrində müalicə itirilmiş görmə qabiliyyətini geri qaytarmır, yalnız xəstəliyin inkişafının qarşısını almağa kömək edir.
Geri qayıt