Əsas Səhifə > Melange > Müəllim olmaq istəyənlər aprelin 30-da sınaq imtahanı verəcəklər
Müəllim olmaq istəyənlər aprelin 30-da sınaq imtahanı verəcəklər25-04-2017, 03:00. |
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçirib. SİVİL.AZ xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, imtahanda respublikanın 20 bölgəsindən müəllim olmağa hazırlaşan 560 nəfər iştirak edib. Mərkəz elektron sınaq imtahanlarına olan marağı nəzərə alaraq imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkili nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan başa çatan zaman dərhal öz nəticələrini görə bilirlər. Növbəti elektron sınaq imtahanları aprelin 30-da Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək. Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar. Geri qayıt |