Əsas Səhifə > Melange > Fərqli məqsədlər üçün edilən
Fərqli məqsədlər üçün edilən8-05-2017, 23:30. |
Bu günə qədər edilən bir çox kəşflər hal-hazırda tamam fərqli məqsədlərlə istifadə olunur. SİVİL.AZ həmin siyahını təqdim edir. Coca-cola Əczaçı Con Pemberton Amerika Vətəndaş müharibəsində kola fıstığı ilə koko yarpaqlarını qaynatmış və əsgərlərə ağrıkəsici kimi istifadə etməyi məsləhət görmüşdü. Bu reseptdən içki kimi istifadənin mümkünlüyünü görəndən sonra informasiyanı hamı ilə paylaşmışdı. Sonradan koko yarpağı kokaindən təmizlənərək "coca-cola" içkisi əldə edildi. Qara geyim 1920-ci illərə qədər qara geyim yas simvolu hesab olunurdu. Koko Şanel bu rəngdən geyimlərdə istifadə edərək qaranı dəbə qazandırıb. Karaoke Daisuke İnoue adlı yapon rok musiqiçisi konsertdə iştirak edə bilmədiyi üçün ilk dəfə öz ifası olan hissəni kasetə yazmış və bu karaokenin yaranması üçün ideya olmuşdu. Qaçış trenajoru İlk dəfə Vilyam Kyubit adlı şəxs tərəfindən 1818-ci ildə irəli sürülmüş ideya nəticəsində məhbuslar dəyirmanı işə salmaq üçün dayanmadan yerimişdi. Sonradan bundan qaçış trenajorunu yaratmaq üçün istifadə edilib. Not kağızları Spenser Silve güclü yapışqan istehsal etmək istəsə də, bu niyyəti baş tutmayıb. Həmkarı Artur Fray yapışdırmaq qabiliyyəti zəif olan bu maddədən kağızlarda istifadə edib və yapışqanlı not kağızları meydana çıxıb. Hündürdaban ayaqqabılar Qədim Misirdə yüksək zümrəyə aid şəxslər tərəfindən dini ayinlərdə həm kişilər, həm də qadınlar tərəfindən istifadə olunub. Orta əsrlər Avropasında isə aristokratiya simvolu olan hündürdaban ayaqqabılar XX əsrdən etibarən dəbin ayrılmaz hissəsinə çevrilib. "Bubble wrap" 1957-ci ildə Alfred Fildinq və Mark Çavannes tərəfindən plastik oboy ideyası verilsə də, bu fikir iflasa uğrayıb və hazırda əşyaları paketləmək üçün istifadə olunur. Yastıq Mesopotamiyada yastıqlar varlı insanların simvolu idi. Qədim Çində isə inanırdılar ki, yumşaq yastıqlar faydasızdı və bərk yastıqlar insana güc verir, şeytanlardan qoruyur. Vazelin XIX əsrdə neft işçiləri qurğularda şama oxşar maddənin yaranmasından şikayət edirdi. Britaniyalı kimyaçı Robert Çizbrou bu maddəni analiz etmiş və faydalı olduğunu öyrənmişdi. Hazırda vazelin yaraları sağaltmaq, xalça təmizləmək kimi bir çox və fərqli məqsədlərlə istifadə olunur. Çay paketləri 1904-cü ildə Tomas Sullivan çay və kofeləri kiçik ipək paketlərdə satmaq barədə ideya verib. İstehlakçılar isə içkiləri bu paketlərdə dəmləməyə başlayıb və paket çay ənənəsi yaranıb. Viaqra Kardioloji problemlərin həlli üçün istehsal edilən Viaqra sonradan cinsi zəifliyi aradan qaldırmaq üçün istifadə edilir. Mikrodalğalı soba Radar avadanlığını test edən Persi Spenser aktiv radarlardan gələn mikrodalğaların cibindəki şokoladı əritdiyini görüb və bu ideyadan istifadə edib. ("Qaynarinfo") Geri qayıt |