Əsas Səhifə > Melange > Yardımlının ucqar Horavar və Əngövül kəndlərinə içməli su verilib

Yardımlının ucqar Horavar və Əngövül kəndlərinə içməli su verilib


10-05-2017, 22:18.
title}
Yardımlının ucqar Horavar və Əngövül kəndlərinə içməli su verilib


Mayın 10-da Yardımlı rayonunun ucqar Horavar və Əngövül kəndlərində içməli su xəttinin açılışı olub.

SİVİL.AZ xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını bildirib.

Onun sözlərinə görə, son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan verməklə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Horavar və Əngövül kəndlərində istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfə olduğunu qeyd edən icra başçısı çətin relyefə malik kəndlərin içməli su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandırıb, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Kənd sakinləri adından çıxış edən Həşim Vəliyev layihənin reallaşmasında xidməti olan bütün insanlara minnətdarlığını boldirərək, su xəttini ölkə Prezidenti İlham Əliyevin Horavar və Əngövül kəndlərinə hədiyyəsi kimi dəyərləndirib.

Rayonun digər kəndlərinə də içməli suyun verilməsi üçün müvafiq tədbirlər görülür.

Ağaddin BABAYEV

Yardımlının ucqar Horavar və Əngövül kəndlərinə içməli su verilib
Yardımlının ucqar Horavar və Əngövül kəndlərinə içməli su verilib


Geri qayıt