Əsas Səhifə > Melange > Səhər yeməyi yeməyənləri hansı təhlükə gözləyir?

Səhər yeməyi yeməyənləri hansı təhlükə gözləyir?


12-05-2017, 10:43.
title}
Səhər yeməyi yeməyənləri hansı təhlükə gözləyir?


Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, səhər yeməyindən imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur.

SİVİL.AZ xəbər verir ki, səhər yeməyindən imtina mübadilə proseslərini pozur və həmçinin qan dövranını ləngidir. Qan dövranının ləngiməsi ilə damarlarda trombların əmələ gəlməsi riskini artırır.

Mübadilə proseslərinin pozulması nəticəsində qanda xolesterolun səviyyəsi artır ki, bu da aterosklerozun inkişafını sürətləndirir. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin ilk səbəbidir.

Digər elmi araşdırmalar göstərir ki, səhər yeməyindən imtina edən insanlarda piylənmə və şəkərli diabetinin riski artır.

Beləliklə, insan sağlamlığı üçün tamdəyərli səhər yeməyi olduqca vacibdir. (saglamolun.az)
Geri qayıt