Əsas Səhifə > Melange > Hökumət qərar verdi: bu sahədə çalışanların

Hökumət qərar verdi: bu sahədə çalışanların


12-05-2017, 15:55.
title}
Hökumət qərar verdi: bu sahədə çalışanların


Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"ndə dəyişikliklər edib.

SİVİL.AZ xəbər verir ki, indiyə qədər dəyişikliyə əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 4,40 manat, dosent, fəlsəfə doktoruna 2,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,25 manat ödənilib.

Dəyişikliyə əsasən bundan sonra müvafiq olaraq elmlər doktoruna saathesabı 4,85 manat, dosent, fəlsəfə doktoruna 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,50 manat ödəniləcək. Buna qədər xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 5,20 manat, dosent, fəlsəfə doktoruna 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,55 manat ödənilib. Bundan sonra müvafiq olaraq professor, elmlər doktoruna saathesabı 5,75 manat, dosent, fəlsəfə doktoruna 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,80 manat ödəniləcək. İndiyə qədər aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,30 manat, dosent, fəlsəfə doktoruna 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,90 manat ödənilib. Dəyişikliyə əsasən bundan sonra müvafiq olaraq tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,95 manat, dosent, fəlsəfə doktoruna 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 3,20 manat ödəniləcək.

Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. İndiyə qədər müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,20 manat, dosent, fəlsəfə doktoru üçün 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,55 manat müəyyənləşdirilib. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,30 manat, çılpaq naturada isə 5,50 manat məbləğində müəyyən olunub. Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunub. Dəyişikliyə əsasən bundan sonra müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilmə məbləğləri yenə də mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunacaq.
Geri qayıt