Əsas Səhifə > Melange > Qaraciyərin təmizlənməsi üçün
Qaraciyərin təmizlənməsi üçün13-05-2017, 01:39. |
Orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirən qaraciyərin normal durumu sağlamlıq üçün ən vacib şərtlərdən biridir. Qəbul etdiyimiz havanın, suyun, qida məhsullarının tərkibində olan zərərli maddələri zərərsizləşdirmək məhz qaraciyərin üzərinə düşür və o, qanın təmizlənməsini təmin edir. El arasında deyilmişkən qaraciyər orqanizmin laboratoriyasıdır. Bu baxından da qaraciyərin vaxtaşırı təmizlənməsinə xüsusi diqqət yetirmək vacibdir. Xalq təbabətində bunun üçün bir çox üsullsr mövcuddur. SİVİL.AZ qaraciyərin təmizlənməsinin 3 ən sadə üsulunu təqdim edir: 1-ci üsul: 100 qram bal, 500 qram qıtıqotu (xren) və 1 litr su qarışdırılır, bir sutka ərzində qaranlıq və soyuq yerdə saxlanılır. Gündə 3 dəfə yeməkdən qabaq 1 xörək qaşığı qəbul edilir. 2-ci üsul: Qaraciyərin təmizlənməsi üçün 2 həftə ərzində səhərlər acqarnına bir çay qaşığı zeytun yağını ağız boşluğunda çalxalamaq, yağ durulaşandan, süd rənginə çevriləndən sonra ağızdan xaric etmək lazımdır. Bu təxminən 15-20 dəqiqə vaxt tələb edir. Bu prosedur yaz və payız fəsillərində daha effektli nəticə verir. 3-cü üsul: 15 dənə saplaqlı cəfərini elektrik üyüdücüdə (blender) tam əzmək, yarım stəkan suda qarışdırmaq və üzərinə yarım limonun şirəsi əlavə etmək lazımdır. Səhərlər yeməkdən yarım saat əvvəl 15 gün ərzində qəbul edilir. Göründüyü kimi, çox sadə, çox vaxt aparmayan və çox vəsait tələb etməyən üsullardır. Bu üsullardan birini həyata keçirərkən insan səhhətində nəzərəçarpacaq dərəcədə müsbət irəliləyişlərin şahidi olur, baş ağrıları aradan qalxır, nəfəsalma asanlaşır, tez-tez baş verən soyuqdəymə halları bir daha təkrarlanmır, dəri sağlam görünüşə malik olur, hamarlanır, sızanaqlar və cizvələr yox olur, göz ətrafında olan qara ləkələr, gözün içindəki sarımtıl rəng çəkilir. Qaraciyərin təmizlənməsi orqanizmin ümumi qocalma prosesini ləngidir və bu təmizlənmə ümumilikdə həm xarici görünüşə, həm də daxili orqanlara müsbət təsir göstərir. Cavan görünmək və sağlam olmaq istəyirsinizsə, siz də bu üsullardan yararlanın. Geri qayıt |