Əsas Səhifə > Melange > Sabahın hava

Sabahın hava


18-05-2017, 14:56.
title}
Sabahın hava


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİVİL.AZ-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 21-26, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Geri qayıt