Əsas Səhifə > Melange / Üst manşet > Ekspert nazirliyi qınadı: internetin sürəti niyə bu qədər zəifdir?

Ekspert nazirliyi qınadı: internetin sürəti niyə bu qədər zəifdir?


20-05-2017, 14:15.
title}
Ekspert nazirliyi qınadı: internetin sürəti niyə bu qədər zəifdir?


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkəmizdə internetin sürətinin zəif olmasının səbəblərini açıqlayıb.


SİVİL.AZ onun yazısını təqdim edir:

Ötən il biz qarşıdakı dövrdə Azərbaycan İnternetini gözləyən hansı təhlükələr və problemlərin ola biləcəyini bildirmişdik. Təəssüf ki həmin problemlər artıq bir neçə gündür ki hər bir internet istifadəçisini narahat etməyə başlayıb.

Belə ki, Azərbaycan İnternetinin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib. Düşünürəm ki, bu, əsasən 3 səbəblə bağlıdır.

1. Çox güman ki, pisləşmə məhz əksər yerli provayderlərin əsas backbone provayder - Delta Telekom –a olan borcları ilə bağlıdır. Heç kim üçün sirr deyil ki, dövlət və özəl provayderlərin bu şirkətə 30 milyon manat borcu yaranmışdı. Delta xəbərdarlıq edirdi ki ya internet kəsiləcək, ya məhkəməyə verəcək və s. Güman ki bu borcları əldə edə bilməyən Delta-nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da təbii ki ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə ya da provayderlərə verilən internet sürətində özünü göstərməliydi. Delta-nın onlayn statistikasından görsənir ki ölkəyə daxil olan trafik dəyişməyib. Deməli Delta, bütün borclu provaydrelərin internetini kəsməyin ciddi rezonans yaradacağını düşünərək, ğörünür ki borcluların trafikindən xeyli azaldıb.

2. Azərbaycan İnternetindəki keyiyyətsizliyin 2-ci səbəbi güman ki, beynəlxalq yarışların keçirildiyi ərəfədə təhlükəsziliklə bağlı aparılan filtrasiya (süzgəcləmə) ilə bağlıdır. Güman ki təhlükəsizliklə bağlı hansısa əməliyyat -axtarış tədbirləri çərçivəsində belə bir filtrasiya aparılır. Təbii ki süzgəcləmənin xarakterindən, avadanlıqların keyfiyyətindən asılı olaraq sürət az və çox dərəcədə azala bilir.

3. 3-cü səbəb isə məlum köhnə problemdir. Aidiyyatı dövlət qurumlarının nəzarətinin yetərli olmadığı şəraitdə bəzi Provayderlər həmişə olduğu kimi istifadəçiləri “çəkidə aldadırlar” Yəni onlar öz istifadəçilərinin sayına uyğun olan həcmdə trafik almırlar. Provayderlər müqavilədə nəzərdə tutulan sürəti deyil, qəsdən daha az həcmdə trafik verir. Adicə mobil operatorların abunəçilərinin sayı ilə aldığı internet trafikin həcmini müqayisə etdikdə bunu görmək olar.

Təəssüf ki bütün bu qeyd olunanlarla bağlı tənzimləyici qurum olan, həmçinin də qanunvericilikdəki son dəyişikliklərə görə məhkəmə qərarı olamdan da internet resursları bağlamaq səlahiyyəti əldə edən NRYT Nazirliyi və backbone provaydrelər ya qabaqcadan , ya problemin baş verdiyi anda heç bir açıqlama verməyiblər.

Bu isə doğru yanaşma deyildir.

Hazırda Azərbaycan interneti bütün sahələrə inteqrasiya edib, vətəndaşlar, dövlət qurumları, özəl və qeyri dövlət sektoru internetdən həm informasiya münasibətlərinin qurulması, həmdə digər müxtəlif məqsədlər üçün istifadə edirlər. İnternetin üzərində biznes quranlar var, xidmət göstərənlər var, təhsil və səhiyyə xidmətləri göstərənlər var, xeyli dövlət xidmətləri bunun üzərindədir.

Odur ki, düşünürük ki, adı çəkilən qurumlar baş verənlərlərlə bağlı rəsmi açıqlamalar yaymalıdırlar, gözləntilərlə bağlı informasiyalar, tövsiyyələr verməlidirlər.

Provayderlərə ictimai və dövlət nəzarəti gücləndirilməlidir.

NRYTN monitorinqlər aparmalıdır.

İstifadəçilər də öz provayderlərindən müqavilədə nəzərdə tutulan sürəti daha ciddi tələb etməlidirlər.

Problemlərlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etməlidirlər.

Ekspert nazirliyi qınadı: internetin sürəti niyə bu qədər zəifdir?


Geri qayıt