Əsas Səhifə > Melange > Sevgilinizin sizi aldatmasını göstərən
Sevgilinizin sizi aldatmasını göstərən20-05-2017, 21:28. |
Sevdiyinizin əli başqasının əlinə dəyməmiş ola bilər. SİVİL.AZ bildirir ki, sevgiliniz sizdən başqasına toxunmamış, öpməmiş, onunla əlaqəyə girməmiş də ola bilər. Amma bütün bunlar aldadılmadığınız anlamına gəlmir. Bəlkə də sevgiliniz gizlicə başqasıyla flört edir. Bəlkə başqa birinə qarşı nə isə hiss edir. Bəlkə də o insana ümid verir. Sizcə bu da yetərincə aldatma sayılmazmı? Sıraladığımız bu siyahiya göz atmanız məsləhətdir. Və budur sevgilinizin sizi aldatmasına işarə vuran 7 fakt. 1. Qəribə davranırsa... Əgər yaxında özəl bir gününüz varsa və sevgiliniz sizə böyük sürpriz və ya hədiyə hazırlamırsa, qəribə davranışının səbəbini öyrənmək haqqınızdır. Sizdən telefonunu gizlədirsə, sosial media hesablarında və ya "whatsapp"da gizli-gizli biriylə yazışırsa, getdiyi yerləri, görüşdüyü insanları gizlədirsə, bu işdə bir iş ola bilər. 2. Sosial media paylaşımlarında fərqlilik varsa... Bir zamanlar hər paylaşımı ikinizə aid olurdu, ancaq indi yalnız öz şəkillərini paylaşırsa... Bu azmış kimi fotoya ünvanlı mesajlar yazırsa və nə olduğunu soruşduğunuzda məsələnin üstündən səssizcə keçirsə, sadəcə həqiqəti sizə deməkdən çəkinir deyə bilərik. 3. Görüşləriniz azalıbsa... Artıq neçə müddətdir sevgilinizi görmədiyinizi düşünürsünüzsə... Bir zamanlar hər günün hər saniyəsini birlikdə keçirdiyiniz sevgilinizi indi tapa bilmirsinizsə, sizdən qaçır deməkdir. Və ya sizə ayaracağı vaxtı başqasına ayırır. Araşdırmaqda fayda var. 4. Daim başqa birindən danışırsa... Aranızda həmişə eyni insanın adı keçirsə... Bu insan həmcinsinizdi və daim onu müdafiə edirsə, bu ona qarşı nələrsə hiss etməsi anlamına gələ bilər. 5. İçinizdən bir səs aldadıldığınızı deyirsə... Əlinizdə heç bir sübutun olmaması bir məna kəsb etmir. Əgər içinizdən bir səs nələrinsə qaydasında olmadığını deyirsə, böyük ehtimalla bu belədir. 6. Mübahisələriniz dəyişibsə... Sizinlə mübahisə edərkən istifadə etdiyi cümlələr, ya da mühakimə şəklində dəyişiklik varsa, səbəbini öyrənməyə çalışmalısınız. O sözlərin və tərzin bir qaynağı olmalıdır. 7. Əlaqənizdə özünüzü 3-cü adam kimi hiss edirsinizsə... Əlaqənizdə önəmli olan iki nəfər var. Biri siz, digəri də sevgiliniz. Əgər əlaqənizdə sizdən başqa birinin söz sahibi olduğunu hiss edirsinizsə, ikilikdə qalanda da baş-başa qala bilmirsinizsə bu araya 3-cü şəxsin girməsi deməkdi. (Qaynarinfo.az) Geri qayıt |