Əsas Səhifə > Melange / Video > Həqiqi və saxta təbəssümü müəyyənləşdirə bilən alqoritm -

Həqiqi və saxta təbəssümü müəyyənləşdirə bilən alqoritm -


24-05-2017, 00:11.
title}
Həqiqi və saxta təbəssümü müəyyənləşdirə bilən alqoritm -


ABŞ-ın Massaçusets ştatının Boston şəhərində fəaliyyət göstərən "Affectiva" şirkəti insanların emosiyalarını müəyyənləşdirə bilən alqoritm hazırlayıb.

SİVİL.AZ xəbər verir ki, 2009-cu ildə yaradılan şirkət 5,3 milyon videodan "verilənlər bazası" yaradıb.

Videolarda insanlar fərqli emosiyalarını göstərir. Şirkət tərəfindən "Emotion AI (Artificial Emotion Intelligence)" adlandırılan alqoritm insanların emosiyalarını, gülümsəmənin səmimi, yoxsa saxta olduğunu və hansı məqsədlə edildiyini müəyyənləşdirə bilir.

"Emotion AI"ın seçməkdə çətinlik çəkdiyi emosiya isə "qorxu"dur. Çünki yaradılan "verilənlər bazası"nda qorxunun əks etdirildiyi videolar olduqca azdır. ("Qaynarinfo")
Geri qayıt