Əsas Səhifə > Melange / Video > Azərbaycanlı bərbərdən qeyri-adi üsul: şüşə ilə saç kəsdi -

Azərbaycanlı bərbərdən qeyri-adi üsul: şüşə ilə saç kəsdi -


26-05-2017, 23:25.
title}
Azərbaycanlı bərbərdən qeyri-adi üsul: şüşə ilə saç kəsdi -


Bərbər bir ilin içində 3 dəfə fərqli hərəkət edib insanları təəccübləndirməyə çalışdı.

SİVİL.AZ Xezerxeber-ə istinadən xəbər verir ki, əvvəlcə gözü bağlı saç kəsdi, sonra saçı az olanlara xına vasitəsi ilə saç effekti verdi. İndi də deyir ki, qayçı əvəzinə şüşə qırığından istifadə edir. 29 yaşlı Rəşad Məmmədov müştəriləri təəccübləndirmək üçün belə bir şey etdiyini deyir. Şüşə ilə saç kəsmək necə olur, buyurun izləyin.

Gözü bağlı saç kəsən, saçı olmayanlara xına vasitəsilə saç effekti verən, hətta saçı yandıraraq nizama salan bərbər Rəşad Məmmədov indi də şüşə qırığı ilə saç kəsdiyini deyir.

5 ildir bərbər işləyən Rəşad qayçı əvəzinə şüşə qırıntısından istifadə etməyə başlayıb.

Beləliklə şüşəni götürür və başlayır saçları kəsməyə. Amma diqqət çəkən məqam budur ki, şüşə ilə işləmək qayçı ilə kəsməkdən daha ləng işdir.

Bir il ərzində 3 dəfə insanları təəccüblənbirmək istəyən Rəşad bu yolla müştərilərinin çoxalacağını fikirləşir.

Rəşad deyir ki, hələ çox yeniliklər edərək insanları təəccübləndirəcək.
Geri qayıt