Əsas Səhifə > Melange / Video > Dövlət xəstəxanalarında pullu xidmət göstəriləcək -

Dövlət xəstəxanalarında pullu xidmət göstəriləcək -


26-05-2017, 23:49.
title}
Dövlət xəstəxanalarında pullu xidmət göstəriləcək -


Dövlət xəstəxanaları ilə yanaşı poliklinikalarda pullu xidmət göstərəcək. Bütün işlərə icbari tibbi sığortanın tətbiqi başa çatdıqdan sonra başlanılacaq. Hazırda pullu xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməsi üçün Nazirlər Kabinetinə verilib.

SİVİL.AZ Xezerxeber-ə istinadən xəbər verir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra bu qayda tətbiq ediləcək.Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki,hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlər aparılır.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir.Artıq bununla bağlı Nazirlik tərəfindən Nazirlər kabinetinə siyahıda verilib.

"Nazirlər Kabineti "Pullu xidmət növləri"ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyətini isə, Tarif Şurasına verilməsi nəzərdə tutulur.Bütün işlərə isə ölkədə icbari tibbi sığortanın tətbiqi yekunlaşdıqdan sonra başlanılacaq.
Geri qayıt