Əsas Səhifə > Melange > Bürclər -
Bürclər -27-05-2017, 00:18. |
SİVİL.AZ 26 may tarixi üçün ulduz falını təqdim edir: Qoç - bəziləri sizin uğurlarınıza şübhə edə bilər, amma onlara fikir verməyin. İrəliləyin. Yeni işlərə həvəslə başlayır, amma çox keçmədən eyni həvəslə də onlardan vaz keçirsiniz. Buğa - vaxtınızı intellektual əməyə sərf edin. Çox mürəkkəb məsələlərin qeyri-adi və asan həll yolunu tapa bilərsiniz, gözəl ideyalarınız olacaq. Əkizlər - depressiyaya qapılaraq problemin həllini arayacaqsınız. Bunun üçün bircə çıxış yolu görürsünüz - tənhalığa çəkilmək. Amma tək qalanda da vəziyyət barədə, ətrafınızdakıların "necə də pis insanlar" olduqları haqda fikirləşməyə davam edirsiniz. Əlbəttə ki, bu sizi sakitləşdirmir. Xərçəng - ünsiyyət üçün həddən artıq çətin gündür. Ya çox sərt ifadələr işlədir, ya da lazım olmayan yerdə ürəyiyumşaqlıq edir və nəzakətli olursunuz. İstəyirsiniz ki, yaxşı olsun, əvəzində isə hər şey dağılır Şir - çoxdankı ailədaxili problemlərə son qoymaq mümkündür. Yaxın adamlarınıza qarşı etdiyiniz səhvləri düzəldə bilərsiniz. Maliyyə vəziyyətiniz aydınlaşacaq, öz durumunuzu təhlil edərək gələcək üçün düzgün plan qura bilərsiniz. Qız - əhvalınız yaxşılaşacaq və günün sonunadək həlim olacaqsınız. Adi problemlərin qeyri-adi həll yollarını tapacaq və əldə etdiyiniz nəticələrlə fəxr edəcəksiniz. Tərəzi - yaxşı gündür. Düzdür, səhər-səhər bəxtiniz bir qədər gətirməyəcək. Amma bu, uzun sürməyəcək. Günortaya qədər mənfi tendensiyaların təsiri öləziyəcək. Əqrəb - fəaliyyətinizi azaltmağa, sakitlik gətirən işlərlə məşğul olmağa çalışın. Rəsm qalereyalarına, konsertə gedə bilərsiniz. Tənha Əqrəblər hətta burada özlərinə maraqlı tanışlar da tapa bilərlər. Oxatan - səhər saatlarında aktiv olun. Yeni problem var. Naharda yeməyi bitirənədək onun möhtəşəm həllini tapacaqsınız. Günün ilk yarısı aktiv istirahət, gəzintilər, idmanla məşğul olmaq üçün əladır. Oğlaq - intellektual fəaliyyət üçün səhərçağı çox münasibdir. Əgər hansısa mürəkkəb bir məsələni həll etməlisinizsə, onun barəsində hətta səhər yeməyinə başlamamışdan əvvəl düşünməyə başlayın Dolça - mübahisəli məsələ sizin üçün çox sərfəli bir şəkildə həll olunacaq. Axşam əhvalınız heç bir ciddi səbəb olmadan korlana bilər. Əsəbləşəcək və hətta aqressiv olacaqsınız. Bu hal tez keçəcək, amma kimsə əlinizin "dadını" duymalı olacaq. Balıqlar - bu günün hadisələri sanki qəsdən sizin öz gözünüzdə qiymətinizin artması üçün düşünülüb. Qoy bədxahlarınız desinlər ki, uğura görə siz təsadüflərə borclusunuz, siz ki bunun tamamilə yalan olduğunu bilirsiniz. Bir qədər əvvəl bitirdiyiniz işə görə mükafatlandırıla bilərsiniz. Geri qayıt |