Əsas Səhifə > Melange > İnsana qeyri-adi bacarıqlar verən
İnsana qeyri-adi bacarıqlar verən2-06-2017, 19:34. |
99%-dən çox genetik məlumatlar ümumi olaraq bütün insanlar üçün eyni olan bir xüsusiyyətdir. Lakin, elə variantlar var ki, onlar qeyri-adi bacarıqlara sahib olmağa yardımçı olur. Onlardan 8-ni təqdim edirik. İnanılmaz dərəcədə yüksək sürət: Hamımızda ACTN3 adlı gen var. Lakin onun müəyyən bir variantı “alfa-aktinin-3” adlı xüsusi zülalın ifrazına gətirib çıxardır. Həmin zülal isə sürətli qaçış və yük qaldırma proseslərinə cavabdeh olan əzələ liflərinin sürətli hərəkətini idarə edir. Adətən bu genlərə professional atletlərdə rast gəlinir. İnsanların 18%-də isə bu zülal ümumiyyətlə zədələnmiş halda olur. Sürətli yuxu: Bəzi insanlar cəmi 4 saat yataraq özlərini gümrah hiss edirlər. Bir neçə müddət bundan öncə alimlər müəyyən ediblər ki, bu bacarıq hDEC2 geni ilə bağlı olan spesifik mutasiyadan asılıdır. Əgər alimlər onu necə idarə etmək lazım olduğunu anlasalar, onda insanlar 20 saata yaxın gümrah həyat tərzi sürə biləcəklər. Super dad: Planet əhalisinin təqribən 1/4 hissəsi yemək dadını digər insanlardan fərqli olaraq daha intensiv şəkildə hiss edir. Adətən məhz onlar qəhvəni qaymaqla içir və yağlı yeməklərdən uzaq olurlar. Bunun səbəbi isə onların acılıq reseptorları ilə bağlı TAS2R38 geni vasitəsilə proqramlaşdırılmış olmalarıdır. Yüksək dözümlü sümüklər: Elmə LRP5 geninin müxtəlif mutasiyaları məlumdur. Həmin mutasiyalardan bəziləri çox həssas sümüklərin yaranmasına gətirib çıxardır. Lakin həmin genin digər növ mutasiyası isə tamamilə əks effekti yarada bilər. Belə ki, daha fərqli mutasiyaya sahib genin sahibi o dərəcədə dözümlü sümüklərə sahib ola bilər ki, onları sındırmaq qeyri-mümkün ola bilər. Malyariyadan müdafiə: Oraq hüceyrəli anemiya xəstəliyindən əziyyət çəkən insanlar digərlərinə nisbətən malyariyadan daha yaxşı qorunmuş olurlar. Qan xəstəliyinin qeyri-adi güc hesab olunması düzgün olmasa da malyariya xəstəliyinə qarşı dərmanın yaradılmasına yardımçı ola bilər. Həmişə aşağı səviyyəli xolesterin: CEPT adlı zülalın istehsalından cavabdeh olan genin mutasiyası həmin zülalın çatışmamazlığına gətirib çıxardır. Bu isə öz növbəsində orqanizmin aşağı səviyyəli xolestirinin saxlanmasına gətirib çıxardır. Kofeinli superqəhrəman: Orqanizmin kofeini emal etməsi üçün minimum 6 geni mövcuddur. Onlardan bəziləri (BDNF və SLC6A4) qəhvə effektini yüksəldir. Digərləri isə yüksək sürətlə kofeini parçalamağa qadirdir. Belə halda insan tez-tez qəhvə içir. Bəziləri isə axşam vaxtı içilmiş bir fincan qəhvə sayəsində yatmamaqlarını, digərlərinin isə səhər qəhvə içərək yuxuya getmələrini aydınlaşdırır. Bacarıqlı qızartı: Bəzi insanlar bir stəkan çaxırdan sonra qızarırlar. Bunun səbəbi ALDH2 geninin mutasiyasındadır. Həmin mutasiya olunmuş gen qaraciyərin eyniadlı fermentinin alkoqolun kənar məhsulu atsetaldehidin asetata çevrilməsi qabiliyyətinə təsir edir. Atsetaldehid qanda yığılan zaman o, kapillyarları açır və beləliklə insanın yanaqları qızarır. Geri qayıt |