Əsas Səhifə > Melange > Bürclər -

Bürclər -


3-06-2017, 01:20.
title}
Bürclər -


SİVİL.AZ 3 iyun tarixi üçün ulduz falını təqdim edir:


Qoç - həftə çox uğurlu bir günlə başlayır. Bir qədər təzadlı və qərarsız xasiyyəti olan şəxslər özlərini narahat hiss edəcəklər. Şübhələr çoxluq təşkil edir: şəraitə uyğun olmaq üçün qətiyyət tələb olunur.

Buğa - istənilən maliyyə əməliyyatları üçün uğurlu gündür. İri məbləğdə pullardan istifadə edə bilər, bahalı mallar ala bilərsiniz. Şəxsi həyatın ahənginə heç nə mane olmur. Bir-birinə qarşı dərin hisslər duyan insanlar razılığa gələ, inciklikləri unuda bilərlər. Əvvəlki səhvlər və yelbeyin hərəkətlər bu gün bağışlanacaq.

Əkizlər - işlərinizdə sizi uğur gözləyir. Qeyri-standart yanaşma, yeni baxış tələb edən işlərdə çox irəli gedəcəksiniz. İş tərəfdaşlarınız və rəhbərliklə razılığa gələ, əməkdaşlığı yeni bir səviyyəyə qaldıra bilərsiniz.

Xərçəng - imkanlarınızı düzgün hesablayın. Sizinlə əməkdaşlıqda maraqlı olan bir şəxsin yardım təklifini qəbul etsəniz, həyatınızı xeyli asanlaşdırarsınız.

Şir - digər günlərdən fərqli olaraq bu gün daha təmkinli, soyuqqanlı və sakitsiniz. Bu isə ailədaxili münaqişələri dəf etməyə, sevdiyiniz şəxslə daha mülayim davranmağınıza kömək edir.

Qız - günün əsas problemi emosional fonun gərgin olmasıdır. Tez inciyirsiniz, sizinlə dil tapmaq çətindir. Hətta çox mehriban bir adam təsadüfən sizin kefinizə soğan doğrayacaq. Yazıq onun halına: sizin kəskin və coşğun reaksiyanız hətta özünüzü də təəccübləndirəcək.

Tərəzi - enerjiniz çoxdur, özünüzü yaxşı hiss edirsiniz. İstənilən yeni başlanğıc üçün uğurlu gündür. Şəxsi həyatınızda təşəbbüsü ələ alın.

Əqrəb - keçilməz maneələr yoxdur. Günün ortalarına doğru bəzi çətinliklər yaranacaq, bunun da səbəbi kimsəyə qədərindən çox iş tapşırmağınızla bağlıdır. Yalnız öz gücünüzə arxalanaraq bir çox narahatlıqlardan sığortalana bilərsiniz.

Oxatan - əgər çox qısa bir zamanda qərar verə bilməyəcəyinizi düşünürsünüzsə, o zaman bütün ciddi və məsuliyyətli məsələlərdən qaçın. Bütün bunlara baxmayaraq, yaxşı əhvalınızı qoruyub saxlaya biləcəksiniz. Bunda sizə yaxınlarınız da kömək edəcəklər. Sizin mənəvi rahatlığınızı təmin etməkdən ötrü onlar əllərindən gələni əsirgəmirlər.

Oğlaq - eyni zamanda bir neçə məsələ barədə fikirləşməli olursunuz, bu isə qəti bir qərara gəlməyə mane olur. Əvvəlcədən plan quraraq ona uyğun hərəkət etsəniz, günün artmaqda olan mənfi tendensiyalarından yaxa qurtara bilərsiniz.

Dolça - Valideyn Dolçaları uşaqları sevindirəcəklər. Həm ümumi dil tapa, vacib bir məsələ barədə razılığa gələ, birlikdə xoş vaxt keçirə bilərlər.

Balıqlar - hər şey o qədər də pis deyil, hətta günü yaxşı da adlandırmaq olar. Siz şikayətlənmir, əlinizdə olanla kifayətlənir və imkanınız çatandan yararlanmağa çalışırsınız. Həyatında yeni səhifə açmaq istəyənlər üçün gün uğurludur. Bu istəyin altında nəyin yatdığı isə heç önəmli deyil - bütün sferalarda cəhd göstərməyə dəyər.
Geri qayıt