Əsas Səhifə > Melange > Qan qrupu xüsusi kağızla müəyyən ediləcək
Qan qrupu xüsusi kağızla müəyyən ediləcək24-03-2017, 16:33. |
Amerikalı tədqiqatçılar tərəfindən insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb. SİVİL.AZ-ın məlumatına görə, bu barədə "www.rosbalt.ru" saytı xəbər yayıb. Məlumata görə, yeni metod ekstremal hadisələr zamanı xəstənin həyatını xilas edərkən qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisi baxımından əhəmiyyətlidir. Yeni kəşfin əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin çökmə sürətindən asılı olaraq müxtəlif rənglərə boyanır və bununla da həkimlər qanın hansı qrupa aid olduğunu müəyyən edə bilirlər. Geri qayıt |