Əsas Səhifə > Melange > Dərmandan daha təsirli olan gilas haqqında

Dərmandan daha təsirli olan gilas haqqında


4-06-2017, 15:29.
title}
Dərmandan daha təsirli olan gilas haqqında


Belə bir fikir var ki, faydalı qidaların dadı xoşagəlməz olur. Ancaq bir çox meyvə kimi gilas da bu fikrin doğru olmadığını sübut edir. Çünki gilas həm dadlıdır, həm də sağlamlıqla bağlı onlarla problemin həllinə kömək olur.

Mütəxəssislər bildirirlər ki, 20 ədəd gilas orqanizmə 1 ədəd aspirin kimi təsir göstərir.

Lusiana Universitetinin professorlarının apardıqları araşdırma göstərib ki, gündə 2 dəfə gilas şirəsi içmək yuxu problemlərini həll edir. Bu baxımdan gilas şirəsi yuxu gətirici dərmanlardan daha təsirlidir.

SİVİL.AZ gilasın elmi təsdiqini tapmış faydalarını təqdim edir:

*Dərmanlardan həddən artıq istifadə edənlərdə qaraciyərin zədələnməsinin qarşısını alır.

*Nikotinin orqanizmdən atılmasına kömək edir. Ona görə də siqaret çəkənlər üçün faydalıdır.

*Qanı təmizləyir, qandakı şəkərin miqdarını azaldır.

*Təsirli ağrıkəsicidir.

*Sızanaqlara və qırışlara qarşı təsirlidir. Bir neçə ədəd qırmızı gilası əzib üzə çəkmək olar.

*İmmunitet sistemini gücləndirərək xəstəliklərə yaxalanmaq riskini azaldır. (Publika.az)
Geri qayıt