Əsas Səhifə > Melange > Yalnız bir suala cavab ver, kim olduğunu deyim -

Yalnız bir suala cavab ver, kim olduğunu deyim -


5-06-2017, 17:17.
title}
Yalnız bir suala cavab ver, kim olduğunu deyim -


Həyatda heç bir şey boşu-boşuna baş vermir. Hər bir addımımız, hər kəlməmiz, hər hərkətimiz şüurumuzun təlqini ilə baş verir.

SİVİL.AZ Rusiya KİV-lərinə istinadla sizi maraqlı psixoloji testlə tanış edir. Şəkilə diqqətlə baxın. İlk olaraq nəyi edəcəyinizə qərar verin. Bu sizin xarakterinizi analiz edəcək.

Evdə eyni zamanda çaydan qaynayır, telefon zəng çalır, köpək ev əşyasına ziyan verir, körpə ağalyır. İlk növbədə hansı problemi aradan qaldırardınız?

Əgər siz birinci çaydanı söndürməyə cəhd etsəniz demək narahat insansınız. Çalışırsınız hər şeyi iki dəfə yoxlayasınız. Bunu özünüzün və əzizlərinizin təhülkəsizliyini təmin etmək üçün edirsiniz. Punktualsınız, hətta bir dəqiqə belə geciksəniz həyəcanlanırsınız. Hər şeydə səliqə-səhmanı sevirsiniz, buna görə də evinizdə ən xırda təfərrüata belə diqqət yetirirsiniz.

Əgər siz birinci telefona cavab verməyi seçsəniz bu o deməkdir ki, sakit adamsınız, qarma-qarışıqlığı sevmirsiniz. Ölçülüb-biçilmiş həyatınız var, buna görə də tez- tez öz işinizi görməyə tənbəllik edirsiniz. Dostlarınızla zaman keçirməyi sevirsiniz. Ünsiyyət qurmaq çox xoşunuza gəlir, buna görə də sizinlə həmfikir olan insanları ətrafınızda cəmləyirsiniz.

Əgər siz ilk olaraq uşağı sakitləşdirməyi seçdinizsə, demək çox məsuliyyətli insansınız. Həyata çox ciddi ynaşırsınız. Müstəqilsiniz və rasional qərarlar verməyi bacarırsınız. Sizin yanınızda insan özünü güvəndə və sakit hiss edir. Çünki, heç kimi darda qoymaz, mütləq kömək əlinizi uzadarsınız.

Əgər siz ilk növbədə iti qovmağı seçdinizsə, impulsiv və əsəbi birisiniz. Sizi özünüzdən çıxarmaq çox asandır. Buna görə də boş şeylər belə sizi qıcıqlandırır. Nizam- intizamı sevdiyinizə görə itaətsizlik sizi əsəbləşdirir. Səliqə-səhman və sakitliyi sevirsiniz. Yalnız bu halda həyatınız harmoniyada olur. Yaxınlarınız xarakterinizə bələd olduğqları üçün sizi məmnun və xoşbəxt etməyin yollarını bilirlər.

İlhamə

Geri qayıt