Əsas Səhifə > Melange / Üst manşet > “Yahoo”nun adı dəyişdi
“Yahoo”nun adı dəyişdi9-06-2017, 20:15. |
ABŞ-in internet xidməti şirkəti “Yahoo”nun səhmdarları şirkətin “Verizon”a olan satış əməliyyatını təsdiqləyib. SİVİL.AZ xəbər verir ki, “Verizon” “Yahoo”nun səhmlərinə 4.48 milyard dollar ödəyib. Məlumata görə, razılıq müqaviləsi 13 iyunda imzalanacaq. “Yahoo”nun yeni adı isə bundan sonra “Altaba Inc” olacaq. Bu açıqlamadan sonra Nyu-York birjasında “Yahoo”nun hissələri günlük 10.2 faiz, “Verizon”un hissələri 0.7 faiz dəyər itkisi ilə üzləşib, Mütəxəsislər “Yahoo”nun 1 milyarddan çox istifadəçisinin “Verizon”a keçəcəyini vurğulayır. Onların fikrincə, şirkətin internet xidmətləri bazarında payı ciddi şəkildə artacaq. (Oxu.Az) Geri qayıt |