Əsas Səhifə > Melange / Üst manşet > Piyləri əridən

Piyləri əridən


12-06-2017, 21:00.
title}
Piyləri əridən


Əhəmiyyətsiz hesab edərək zibilə tulladığımız meyvə-tərəvəz qabıqlarının, saplaqlarının, tumlarının orqanizmə nə qədər faydalı olduğunu bilirsiniz? Məsələn, albalı saplağı bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə edilir. Elə isə gəlin B, C vitaminləri, maqnezium və kalsium ilə zəngin olan albalının özü kimi saplağının da faydalarına nəzər salaq.

SİVİL.AZ albalı saplağının faydalarını təqdim edir:

Albalı saplağı böyrəklər üçün çox xeyirlidir. Belə ki, albalı saplağı turşularının bədəndən atılmasını təmin edir, böyrək daşı və qum yaranmasının qarşısını alır.

Albalı saplağı sakitləşdirici xüsusiyyətə malikdir. Hədsiz susuzluq hiss etdikdə albalı saplağını dəmləyib için. Bu çay susuzluğu aradan qaldırır, həm də həddindən artıq susmağın qarşısını alır. Albalı saplağının çayı xüsusilə Ramazan ayında oruc tutanlar üçün faydalıdır.

Albalı saplağı qan təmizləyici xüsusiyyətə də malikdir. Qandakı zərərli maddələrin atılmasını asanlaşdırır. Xolesterini azaldır və ürək-damar sağlamlığını qoruyur. Sidik yolu infeksiyalarına qarşı da təsirlidir, sidikqovucu xüsusiyyəti var.

Albalı saplağını başqa bitkilərlə dəmləyib forum çayı kimi də istifadə edilə bilər.

Piyləri yandıran albalı saplağı çayının resepti:
Ərzaqlar:

Albalı sapı
Sinameki
Razyana
Qarğıdalı saçağı

Hazırlanması:

Bütün bitkilər 1 litr suya əlavə edilir və qaynadılır. Bu çay yeməklərdən 2 saat əvvəl 1 fincan içilməlidir.

Arıqladan albalı saplağı resepti 2
Ərzaqlar:

Albalı sapı
Böyürtkən
Albalı
Zoğal

Bu çay da birinci resept kimi hazırlanır. Piyləri yandırmaqla yanaşı, bədəndəki ödəmin atılmasını təmin edir. (Publika.az)
Geri qayıt