Əsas Səhifə > Melange > Qarpızın bilmədiyiniz faydaları -
Qarpızın bilmədiyiniz faydaları -13-06-2017, 23:07. |
Yayın gəlməsi ilə əlaqədar artıq piştaxtalarda qarpız və yemişlərə rast gəlirik. Yay istisində ən ləzzətli sərinlənmə yollarından biri olan qarpızın faydalarını da saymaqla bitmir. SİVİL.AZ bildirir ki, bir çox narahatlığın aradan qaldırılmasına kömək edən qarpızın tərkibində su, şəkər, azotlu və mineral maddələr və bir sıra vitaminlər var. İnsan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırmağa, həzmə, və qanı durulaşdırmağa kömək edir. Qan təzyiqinin nizamlanması, arıqlatmaq kimi faydaları olan qarpız yay mövsümünün ən çox qəbul edilən qidalarındandır. Bəzən qarpızı şəfa qaynağı adlandırırlar çünki qarpızda olan likopen maddəsi qan təzyiqini nizamlayır, ürəyin funksiyasını yaxşılaşdırır, eyni zamanda xərçəngdən də qoruyur. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmə kömək edir. Qarpızın ən çox qan təzyiqi və ürək funksiyalarının yaxşılaşdırılmasına kömək etdiyini, bundan əlavə xərçəng növlərinə qarşı da qoruyucu bir təsirə malik olduğunu dilə gətirən elm adamları bu məlumatları verib: "Qarpızın bədəni təmizləyici xüsusiyyəti var. Çünki tərkibinin 95-i sudur. Bu səbəblə böyrəkləri çox yaxşı işlədir. Sidik qovucudur. Böyrəkdəki daş və duzları təmizləyir. Ayrıca qum tökmə, daş salmada da təsirlidir. Bol B, C vitamini və anti oksidant ehtiyatı var. Qarpızda olan 'Likopen' maddəsi qan təzyiqini nizamlayır. Tərkində olan yüksək kalium və Beta Karoten maddəsi sayəsində ürəyi infarkta qarşı qoruyucu xüsusiyyəti vardır". Artıq çəki problemi olan qadınlara da bol-bol qarpız yemələrini təklif edən mütüxəssislər qarpızın bol miqdarda sudan etibar olması və şəkər saxlamaması, ayrıca bağırsaqlard sovrulmanı sürətləndirməsi kimi xüsusiyyətləriylə çəki azaltmanı sürətləndirdiyini ifadə edib. Bu səbəblə həm çox kilosu olan, həm də çəki artırmaq istəməyənlərin bol-bol qarpız yemək tövsiyə edilir. Qarpızı ümumiyyətlə yeməkdən sonra qəbul edirik. Bu, doğru deyil. Yeməkdən dərhal sonra yeyilən qarpız köp meydana gətirir. Çox yemək məsləhət deyil. Qarpızı aç ikən yemək onda olan faydalardan maksimum şəkildə faydalanmağı təmin edir. (Sherg.az) Geri qayıt |