Əsas Səhifə > Melange / Üst manşet > Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb

Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb


13-06-2017, 22:41.
title}
Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb


Azərbaycanın "BrailleX" IT şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün “Braille Watch” saatının ilkin prototipini hazırlayıb.

SİVİL.AZ bildirir ki, bunu Trend-ə şirkətin rəhbəri Sayad İbrahimov deyib.

Onun sözlərinə görə, yekun məhsula tətbiq olunması nəzərdə tutulan funksiyalardan ikisi prototipdə həyata keçirilib – vaxtı öyrənmək və SMS-ləri oxumaq.

S. İbrahimov qeyd edib ki, yekun məhsul ilin sonunadək hazır olacaq və bu qurğuya yolda maneələr barədə xəbərdarlıq edən funksiya tətbiq olunacaq. Bu, görmə məhdudiyyəti olan şəxslərə əsa olmadan hərəkət etməyə imkan verəcək.

Bundan başqa, saata təzyiq və ürək döyüntülərini ölçən funksiyalar quraşdırılacaq.

“Ağıllı saat”ın ilkin satış qiyməti 300 dollar təşkil edə bilər.
Geri qayıt