Əsas Səhifə > Melange / Üst manşet > Bu gün
Bu gün14-06-2017, 00:02. |
Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. SİVİL.AZ-ın xəbərinə görə, 2016/2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638, XI siniflərini 84 088, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 şagird bitirir. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir. 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq. I sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40 805-i ümumi təhsil məktəblərinə, 3 359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur. Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq. Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. (APA) Geri qayıt |