Əsas Səhifə > Melange / Üst manşet > Üç gün hava şəraiti qeyri-sabit olacaq

Üç gün hava şəraiti qeyri-sabit olacaq


20-06-2017, 18:00.
title}
Üç gün hava şəraiti qeyri-sabit olacaq


İyunun 20-si axşamdan etibarən şimal və qərb rayonlarından başlayaraq bəzi bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv, leysan xarakterli olacaq, dolu düşəcək. Arabir güclənən qərb küləyi əsəcək. Respublika çaylarında sululuğun artacağı ehtimal olunur.

SİVİL.AZ bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək davam edəcəyini bildirib. O, iyun ayında hava şəraitinin proqnozlara uyğun, gözlənildiyi kimi keçdiyini də vurğulayıb.
Geri qayıt