Əsas Səhifə > Melange / Üst manşet > Oturaq insanların orqanizmində baş verən

Oturaq insanların orqanizmində baş verən


21-06-2017, 22:50.
title}
Oturaq insanların orqanizmində baş verən


Gündə 8-10 saat işləyən hər bir insan evə getdikdən sonra divan və ya kresloda uzanaraq yorğunluğunu çıxarmağa çalışır. Bu da o deməkdir ki, çoxumuz gün ərzində orqanizmin tələb etdiyindən daha çox, təxminən 12 saat hərəkətsiz vəziyyətdə qalırıq. Bəziləri burada hansısa mənfi nüans görməyə bilər. Amma bu, tamamilə yalandır. Təkamül insanın öz həyatının böyük hissəsini stulda keçirməli olacağını nəzərə almayıb. Onun heç stulun olmasından xəbəri də yoxdur. Təkamül bizi təbiət üçün yaradıb, hansı ki, orada yaşamaq insanda daim hərəkətdə olmağı tələb edir. Odur ki, oturaq vəziyyətdə çox qalmağın insan səhhətinin pisləşməsinə səbəb olmasında qəribə heç nə yoxdur.

SİVİL.AZ Strategiya.az-a istinadla bu yazıda oxucuları hərəkətsiz həyat tərzinin insan səhhətinə dəhşətli təsirləri ilə tanış edəcək:

Düşünə bilərsiniz ki, biz şişirdirik? Yox. İstənilən sabit vəziyyət son nəticədə xəstəliklərə gətirib çıxarır. Orqanizmi uzun müddət hərəkətsiz vəziyyətdə eyni cür saxlamaq olmaz. Oturaq vəziyyət sümük və əzələ distrofiyaları, ürək xəstəlikləri, piylənmə, şəkərli diabet və ümumiyyətlə, ümumi xəstəliklərlə nəticələnəcək.

Qan dövranı problemi

Bizim bədənimiz hərəkət etmək üçün yaradılıb, oturmaq üçün deyil. Anatomik quruluşu bu faktı tamamilə təsdiq edir. İnsan bədəni çoxlu sayda oynaq və əzələ skeletlərindən ibartədir. Biz ayağa qalxa bilirik, bədən isə elastik dəri ilə örtülüb, bütün bunlar sərbəst hərəkət etməyə imkan verir.
Qəfil xoşagəlməz kramp (kramp – əl və ayaqlarda iradədən asılı olmadan qəflətən yaranan əzələ spazmıdır) və qıcolmalar hiss edirsiniz? Bu oturaq həyat tərzindən dolayı qanın damarlarında yığılmasının əlamətidir. Uzun müddət oturaq həyat tərzi hətta insulta gətirib çıxara bilər.

Əzələ ağrısı

Bədənin hansı orqanları oturaq vəziyyətdə tənbəl olur? Yanlar və diz oynaqları. Onlar heç bir iş görümür, yalnız bədəni yavaş-yavaş xəstənləndirməyə meyil edirlər.

Amma işgüzar masa arxasında oturacaqların ziyanını minimuma endirmək mümkündür. Bunun üçün müəyyən vaxtdan bir ayağa qalxmaq və ayaqları tərpətmək lazımdır. Bununla siz həm ayaqların funksiyasını bir daha xatırladacaq, həm də zərərli nəticələrinin qarşısını almış olacaqsınız. Əzələləri yaxşılaşdırmağın ən yaxşı yolu isə idmandır. Odur ki, məşqə yazılın.
Məsələ təkcə fiziki cəhətdən hərəkətsiz qalmaqda deyil, bir yerdə bir saatdan çox oturub qalan insanın bədənindəki xüsusi fenrmentlər pis işləyir. Bu ferment liporoteinlipaza adlanır və damar divarlarının üzərində yerləşir. O, qanda yağların parçalanmasına görə də cavab verir.

Sinir hüceyrələri

Oturmaq sizin üçün xoş ola bilər, amma bu proses bütün sinir hüceyrələri üçün əsl işgəncədir. Çünki təbii olmayan poza əsəblərin gərginləşməsinə və bütün bədəndə ağrılara gətirib çıxara bilər.

Əgər uzun müddət eyni vəziyyətdə oturmursunuzsa, bu halda tutmalar və qıcolmalar qaçılmazdır. Ağrı daha çox kürək, boyun və çiyin sahəsində hiss olunur.

Bununla biz öz bədənimizi bütün təkamül üstünlüklərindən məhrum edirik: qan dövranı pozulur, sinir hüceyrələri lazımi miqdarda enerjini ala bilmirlər.

Bel sümüyü problemi

Uzun müddət eyni vəziyyətdə oturan insan yorulur, istər-istəməz beli və çiyinləri qabağa əyilir. Bu zaman onurğa sütunu qeyri-təbii qövs halını alır, onurğaarası diskin aşınmasına gətirib çıxarır, həmçinin onurğa sütununu maili istiqamətləndirilmiş vəziyyətdə saxlamağa kömək edən oynaq və əzələlələrin deqradasiyasına gətirib çıxarır.

Bu, problemin sadəcə bir hissəsidir. Stolun arxasında düzgün oturmadıqda döş qəfəsinin həcmi getdikcə azalır, oksigenin həcmi avtomatik olaraq məhdudlaşır. Sonda siz özünüzü bütün gün zəif hiss edirsiniz, nəfəs almaq çətin olur, beyni isə pis işləməyə başlayır, axı oksigen azalır. Və bəli, bütün bunlar qamət düz olmadığı üçün baş verir.

Belə olan halda xroniki xəstəliklərin inkişaf riski də yüksəkdir. Fəqərələr aşağıya doğru qarışacaq, bir-birlərinə çox təzyiq edəcək və doğranmağa başlayacaq. Nəzərə alsaq ki, kürəkdə sinir kütlələrinin sonluqları yerləşir, onda ağrıdan dəhşətli payınızı ala bilərsiniz.

Amma yaxşı xəbər var

Əgər hər 15-30 dəqiqədən bir vəziyyətinizi tənzimləsəniz, onda bel disk dəyişməsinin qarşısını ala biləcək və özünüzü daha yaxşı hiss edəcəksiniz. Bunu saatda bir neçə dəfə təkrar etmək lazımdır. Hərdən bir ofisdə gəzin, yaxud da 5-10 dəqəqəlik küçəyə çıxıb hava alın.

Bütün canlı varlıqlar öz mahiyyətinə görə heyvandır. Varlıqların hər birində onları necə yaşamaq, necə hərəkət etmək lazım olduğu və təhlükə zamanı özünü necə aparması barədə ifadə edən kodlaşdırılmış hərəkət sistemi var. Sivilizasiya ən çox insana təsir göstərib, yəni təbiət bizə aydın şəkildə başa düşməyə imkan verir ki, insan daim hərəkətdə olmaq deməkdir.

Hətta çəki problemi olan insanlar da hərəkət etməyə ehtiyac duyur. O, istənilən potensial təhlükədən qaçmaq iqtidarında olmaq üçün istənilən anda hərəkət etmək istəyir. Oturaq vəziyyətdə meydana gələn ağrılar təkcə mexaniki zədələnmə deyil. Bu, eyni zamanda orqanizmin sizə ötürdüyü işarələrdir. Bədən bu siqnaqllar sayəsində sizdən kömək və onun qayğısına qalmağınızı xahiş edir. Odur ki, ayağa qalxın və daha az oturmağa çalışın!
Geri qayıt