Əsas Səhifə > Melange / Manşet > Səlim Müslümov: "Əmək pensiyaları haqqında" qanunun tətbiqində problem olmayacaq"
Səlim Müslümov: "Əmək pensiyaları haqqında" qanunun tətbiqində problem olmayacaq"23-06-2017, 12:35. |
"Əmək pensiyaları haqqında" qanunun iyulun 1-dən qüvvəyə minməsi ilə bağlı yerli orqanlarımız hazırlıq səviyyəsindədir. Qanuna edilmiş dəyişikliklər çox sayda pensiyaların hesablanmasında, ödənişində, sosial sığorta haqlarının hesablara daxil olmasında dəyişikliklər edilib və bu dəyişikliklər tam şəkildə tətbiqi yerli orqanların rəhbərlərinin və sektor rəhbərlərinin diqqətinə çatdırılıb". SİVİL.AZ-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, eyni zamanda ölkə başçısı həmin qanunun tətbiqi ilə bağlı prezidentin imzaladığı fərmana əsasən 3 qayda hazırlanıb: "İkisi prezident tərəfindən imzalanmalı, biri isə Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Artıq müvafiq qayda Nazirlər Kabinetinə təqdim olunub, digər ikisi isə bu ayın sonunadək ölkə başçısına təqdim olunmalıdır. Hazırda bu qaydalar üzərində son tamamlama işləri gedir". S. Müslümov əlavə edib ki, qanunun tətbiqi ilə bağlı heç bir problem olmayacaq. (APA) Geri qayıt |