Əsas Səhifə > Melange / Üst manşet > Facebook haqqında bilməli olduğunuz 4 məsələ
Facebook haqqında bilməli olduğunuz 4 məsələ30-06-2017, 10:08. |
Facebook istifadəçilərinin sayı indi dünyadakı istənilən dövlətin əhalisindən çoxdur. Sosial media şəbəkəsinin bildirdiyinə görə, hazırda ondan iki milyard insan istifadə edir. SİVİL.AZ BBC-yə istinadən bildirir ki, bu internet nəhənginin istifadəçiləri artdıqca o, daha da çox məzmuna nəzarət etməlidir. 13 il bundan əvvəl əsası qoyulmuş bu şirkət haqqında bilməli olduğunuz 4 şey: Böyük sıçrayış Facebook 5 ildən az müddətdə istifadəçilərinin sayını iki dəfə artırıb. 2012-ci ildə Facebook-un bir milyard istifadəçisi var idi. İndi isə ondan iki milyard insan istifadə edir. Bu, Mark Zuckerberg tərəfindən əsası qoyulmuş Facebook-un rəqiblərini üstələməyə imkan verir. Twitter-in fəal istifadəçilərinin sayı aprel ayında 328 milyona çatıb. Facebook istifadəçilərinin sayı dünya əhalisinin dörddə birindən də çoxdur. Yeni istifadəçilərin əksəriyyəti Şimali Amerika və Avropanın xaricindən gəlir. Facebook istifadəçilərinin sayı istənilən dövlətin əhalisindən çoxdur Daha böyük öhdəliklər Texnologiya şirkətləri terrorçu təbliğatı hesab olunan materialın silinməsi ilə bağlı böyük təzyiqlərlə üzləşiblər. Qətl və intiharla bağlı canlı videoların yayımından sonra Facebook da diqqət mərkəzindədir. Keçən ay məzmunun idarə olunması üçün şirkət 3000 əlavə işçi götürəcəyini bəyan edib. 2017-ci ilin mart ayının nəticələrinə görə, ABŞ-da yerləşən bu şirkətin işçilərinin sayı 18770 nəfərdir. 33 yaşlı Zuckerberg 2004-cü ildə əsasını qoyduğu Facebook-a rəhbərlik edir. Gəlirlərlə bağlı narahatlıq Şirkətin gəlirlərinin əksəriyyəti reklamlardan əldə olunur. Aprel ayında reklamçıların sayı 5 milyona çatıb, şirkət bildirib. Facebook-un gəlirləri 2017-ci ilin ilk aylarında artaraq 3 milyard dollar təşkil edib - bu, keçən illə müqayisədə 76 faiz artımdır. Lakin şirkətin bildirdiyinə görə, reklamlardan gələn gəlirlər azala bilər. Facebook məzmunu idarə etmək üçün daha çox insanı işə qəbul etməklə bağlı planlarını açıqlayıb. Ucqar yerlər üçün gələcək planlar Keçən il şirkət Günəş enerjisi ilə çalışan dronu uğurla sınaqdan keçirdiyini bəyan edib. Cihazın məqsədi internetin yayılmasına kömək etməkdir. Aquila layihəsinin məqsədi dronlar vasitəsilə dünyanın ucqar bölgələrini internetlə təmin etməkdir. Lakin şirkət bu niyyətinin həyata keçməsi üçün bir neçə il lazım ola biləcyini bildirir. Geri qayıt |