Əsas Səhifə > Melange > Bir ovuc qaratut yesəniz…
Bir ovuc qaratut yesəniz…2-07-2017, 16:00. |
Yaz mövsümündə bazarlarda taxcaları bəzəyən və görünüşüylə insanları cəzb edən qaratut antioksidan xüsusiyyətiylə yaşlanmağı gecikdirir. SİVİL.AZ bildirir ki, xüsusilə iyun ayında yetişən tut, şəfa qaynağı olmasıyla dərinin təzə və cavan qalmasını da təmin edir. Mütəxəssislər, bir çox sağlamlıq probleminə şəfa üçün bolluca tut yeməyi tövsiyə edirlər. Həmçinin qaratut immunitet sistemini gücləndirir. Tut, ağız yaralarına, qan azlığına yaxşı təsir edir. Ürəyi qoruyur, bədənə qüvvət verir. Yorğunluq hissinin azalmasına köməkçi olur. Ağız və badamcıq iltihabı, diş əti xəstəliklərinə və öskürəyə qarşı faydalıdır. Mədə və bağırsaqların işinə köməkçi olur. Ən əhəmiyyətlisi də yaşlanmağı gecikdirir, dərinin daha cavan qalmasını təmin edir. (saglamheyat.com) Geri qayıt |