Əsas Səhifə > Melange > Qəbizlikdən xilas edən
Qəbizlikdən xilas edən3-07-2017, 21:00. |
Uzunsürən qəbizlik insana narahatçılıq, ağrı və s. xoşagəlməz hallar yaratmaqdan əlavə çox ciddi xəstəliklərin (o cümlədən bağırsaq xərçənginin) inkişafı riskini də artırır. Bu səbəbdən mütləq qəbizliklə mübarizə aparmaq lazımdır. Qəbizliyin səbəbi hər hansı xəstəlik deyilsə, qidalanma rejiminə müəyyən dəyişikliklər etməklə bu pozulmanı aradan qaldırmaq mümkündür. SİVİL.AZ qəbizlikdən xilas edən 5 möcüzəli məhsulu təqdim edir. 1. Qara gavalı. Kalium və qidalı liflərlə zəngin olan qara gavalı qəbizliyi aradan qaldırmağa kömək edir. Hər gün təzə gavalı və ya qara gavalı qurusu yeyin. 5-6 qavalı qurusunu yaxşı yuyun və axşamdan 1 stəkan isti suda isladın. Səhər gavalını yeyin və suyu için. 2. Ərik. Bu da çox təsirli vasitədir. Həm təzə ərik, həm də ərik qurusundan istifadə olunur. 3. Kişmiş. 1 ovuc kişmiş yaxşı yuyulur və axşamdan isti suda dəmlənilir. Səhər kişmiş yeyilir və su içilir. 4. Buğda kəpəyi. Ən sınanmış vasitələrdən biridir. Buğda kəpəyini istənilən salat və hazır qidalara əlavə etmək olar. Digər effektli üsul - axşamdan 1 stəkan təzə qatığa 1 desert qaşığı buğda kəpəyi əlavə edin, qarışdırın və için. 5. Yulaf yarması lopaları ("gerkules"). Səhər 2 x.q. yulaf yarmasının üzərinə 1 stəkan isti su tökün, vam odda qızdırın (qaynatmayın) və bu faydalı sıyığı yeyin. Effekti artırmaq üçün sıyığa kişmiş, xırda doğranmış ərik qurusunu əlavə etmək olar. Bu məhsullardan 1-2 dəfə deyil, daim istifadə etmək lazımdır ki, effekt də qalıcı olsun. (saglamolun) Geri qayıt |