Əsas Səhifə > Melange > Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... -

Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... -


9-07-2017, 10:00.
title}
Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... -


Təmizlik, səliqə insanın ən gözəl xüsusiyyətlərindəndir. Lakin bəzən bu xüsusiyyətlər çox qabarıq, anormal forma alır ki, bu halda söhbət artıq obsessiv-kompulsiv psixiki pozulmadan gedir.

SİVİL.AZ bildirir ki, Amerika alimlərinin müşahidələrinə görə, bu pozulma əhalinin 1%-də müşahidə olunur. Obsessiv-kompulsiv pozulma mütləq müalicə olunmalıdır. Əks halda xəstəlik daha da ağırlaşır, insanın ailə və sosial həyatına olduqca mənfi təsir edir, hətta intiharlara səbəb olur.

Obsessiv-kompulsiv pozulmanın simptomları:

1. Əlləri tez-tez yumaq

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər dəhşətli dərəcədə mikroblardan və infeksiyalardan qorxur ki, əllərini tez-tez yuyur, onları dəfələrlə sabunlayır, hər hansı bir əşyaya, digər insanın əlinə və s. toxunduqda dərhal əllərini yumağa gedir. Bəzən hamam otağından çıxdıqda "hiss edirlər" ki, əllərini yaxşı yumayıblar və yenə hamama qayıdıb əllərini yuyurlar.

2. Evi tez-tez yığışdırmaq


Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkən insanlar daim fikirləşir ki, onların evi çirklidir və bu səbəbdən evi tez-tez yığışdırırlar. Evi yığışdırdıqdan az bir müddət sonra (bəzən 1-2 saatdan sonra) onlar yenidən "natəmizlik" hiss edir və yenə hər şeyi təkrarlayırlar.

3. Daim hər şeyi yoxlamaq

Belə insanlar gün ərzində dəfələrlə çöl qapısının bağlı olub-olmadığını yoxlayır, edən çıxanda dəfələrlə qayıdıb ütünü, qaz plitəni, işığı yoxlayırlar.

4. Daim ətrafda hər şeyi hesablamaq

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər daim pilləkənləri, çöldə binaları, maşınları və s. hesablayırlar.

5. Yaxın insanlarla olan münasibətlərini daim analiz etmək

Belə insanlar hər dediyi sözü, hərəkəti analiz edir, daim hər bir sözün, hərəkətin dost, kolleqa, ailə üzvlərinin xətrinə dəyib-dəymədiyi haqda fikirləşirlər və s.

6. Öz xarici görünüşündən narazı olmaq


Bu narazılıq anormal forma alır. Belə insanlar saatlarla güzgünün qarşısında durur və onları qane etməyən detalı analiz edirlər (məsələn, "burnum çox uzundur", "sinəm çox böyükdür" və s.). Bu kateqoriya insanlar tez-tez səbəbsiz olaraq plastik cərrahlara müraciət edir və hər hansı "eybəcərliyi" düzəltməyə xahiş edirlər. (saglamolun.az)
Geri qayıt