Əsas Səhifə > Melange / Üst manşet > Nazirlikdən gecikdirilmiş ödənişlərlə bağlı
Nazirlikdən gecikdirilmiş ödənişlərlə bağlı11-07-2017, 12:13. |
Cari ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində 70,828 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. SİVİL.AZ xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həmin məbləğin 93,6%-ni əmək haqları, 4,8%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanunu azad edilmələri barədə müraciətləri də diqqətlə araşdırılıb və qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildikləri müəyyən olunan şəxslərin əmək hüquqlarının müdafiəsi təmin edilərək onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər. Qeyd olunan tədbirlər çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları həmçinin aidiyyəti işəgötürənləri əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin aidiyyəti maddələri, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları barədə ətraflı məlumatlandırıblar. Cari ilin ötən dövründə xidmət tərəfindən respublikanın ayrı-ayrı orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də təşkil olunub. Tədbirlərdə əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair qanunvericilikdə əksini tapan müddəalar barədə geniş məlumatlar verilib. Geri qayıt |