Əsas Səhifə > Melange / Manşet > Sosial evlərin satış şərtləri açıqlandı

Sosial evlərin satış şərtləri açıqlandı


28-03-2017, 18:30.
title}
Sosial evlərin satış şərtləri açıqlandı


Sosial mənzillərin tikintisi regionlarda da aparılacaq.


SİVİL.AZ azərtac-a istinadLA xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən, güzəştli mənzillərin satış qaydaları müəyyən edilib.

Sənəddə mənzillərin vətəndaşlar tərəfindən alınma mexanizmi və bu mənzilləri almaq hüququ olan əhali kateqoriyası da göstərilib. Əsas diqqət isə gənc ailələrə verilir.

Tikinti işlərinin 30%-dən çoxunun başa çatmasından sonra, güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq. Eyni zamanda, ödəniş şərti də seçilə bilər - bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər.

Mənzilin dəyəri daxili perimetr üzrə hesablanacaq. Təqdim edilən 33 kvadratmetrlik birotaqlı mənzil xarici perimetrin hesablanması zamanı 40 kvadratmetrə çıxacaq. Bu isə artıq 20% fərq – artım deməkdir.

Dövlətin güzəştli mənzil proqramı iki əsas güzəşt təqdim edir. Belə ki, mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq.

Eləcə də Azərbaycan İpoteka Fondu tərəfindən illik 4 faizlə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq.

Sənəddə, həmçinin hər il 3 min yeni mənzilin istifadəyə verilməsi öhdəlik kimi qoyulur. Bu, əmlak bazarının, təxminən, 10%-i deməkdir.

Sonrakı mərhələlərdə uyğun qiymətə əmlak sistemini ölkənin başqa şəhər və regionlarında inkişaf etdirmək öhdəliyi müəyyən edilib.

Geri qayıt