Əsas Səhifə > Melange / Manşet > Yayın qalan günləri isti keçəcək? -

Yayın qalan günləri isti keçəcək? -


14-07-2017, 11:17.
title}
Yayın qalan günləri isti keçəcək? -


Azərbaycanda bu il qızmar istilərin olacağı, yəni 40 dərəcə və ona yaxın temperaturun davamlı olaraq müşahidə ediləcəyi gözlənilmir.

SİVİL.AZ xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Ötən illərdə yay mövsümündə davamlı istilərin müşahidə edildiyini deyən M.Həsənov qeyd edib ki, 2016-cı ildə iyul ayının sonlarında 37-39 dərəcə istilər 12 günədək davamlı müşahidə edilib: "Lakin bu il yayda 1-2 gün 38-39 dərəcə temperaturun müşahidə ediləcəyi gözlənilsə də, belə yüksək temperaturun ardıcıl olaraq, bir necə gün ərzində davamlı olacağı gözlənilmir".

Onun sözlərinə görə, bu ilki yayın ötən ildəkindən sərin keçəcəyini söyləmək olmaz: "Eyni zamanda, yay ərzində temperaturun o qədər də yüksək, davamlı quraqlığın olacağı gözlənilmir. Ötən illərdə davamlı quraqlıqlar müşahidə edilib. Davamlı quraqlıq odur ki, quru, isti küləklər 1 həftəyədək davam edir, havanın temperaturu davamlı olaraq, 35 dərəcədən yuxarı, havanın nisbi rütubəti 30 faizdən aşağı olur. İndiki proqrnozlar havanın quraqlıq keçəcəyini deməyə əsas vermir". (Trend)
Geri qayıt