Əsas Səhifə > Melange / Manşet > Nazirlikdən xəbərdarlıq:
Nazirlikdən xəbərdarlıq:18-07-2017, 13:15. |
İyulun 19-da Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək. SİVİL.AZ bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək. İyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir. İyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil. Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir. İyulun 19-dan 23-dək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti olacağı gözlənilir. Geri qayıt |