Əsas Səhifə > Melange > HAVA PROQNOZU

HAVA PROQNOZU


25-07-2017, 16:30.
title}
HAVA PROQNOZU


"Bakıda əsən və arabir güclənən külək iyul ayının 27-dək davam edəcək".

bunu SİVİL.AZ-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O xatırladıb ki, iyul ayının 24-dən başlayaraq paytaxtda arabir güclənən şimal qərb küləyi əsir: "Xəzri küləyinin üstünlüyü iyul ayının 27-dək davam edəcək. Yəni, iyul ayının 25-26-ı gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 30-35 dərəcə arasında dəyişəcək".

G.Məmmədovanın sözlərinə görə, iyul ayının 27-i gündüz saatlarından başlayaraq paytaxtda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: "Yəni, hazırda müşahidə olunan arabir güclənən şimal-qərb küləyi iyulun 27-dən mülayimləşəcək".

Mütəxəssis qeyd edib ki, yaxın iki gün ərzində havanın temperaturunda dəyişiklik gözlənilmir: "İyulun 27-dən etibarən havanın temperaturunun tədricən yüksəlməsi gözlənilir". (APA)
Geri qayıt