Əsas Səhifə > Melange > Deputatın broyler fabrikində partlayış - Ölən və yaralananların adları
Deputatın broyler fabrikində partlayış - Ölən və yaralananların adları27-07-2017, 19:13. |
Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. SİVİL.AZ xəbər verir ki, adisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar. Partlayış baş vermiş broyler fabriki deputat İqbal Məmmədova məxsusdur. Fabrik "Lerik Broyler" MMC ("Lebro") adı ilə fəaliyyət göstərir. Məlumata görə, fabrik deputatın atası Nəriman Məmmədov, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur. Əsas idarəçilərdən biri isə deputatın qardaşı oğlu Orxan Məmmədovdur. Geri qayıt |