Əsas Səhifə > Melange > Üzərkən qulağınıza su dolub? –
Üzərkən qulağınıza su dolub? –10-08-2017, 18:00. |
Qulağa su dolması, üzməyi sevən bir çox insanın tez-tez başına gələn bir hadisədir. Üzərkən qulağın suyun içinə girməsi normal haldır və bu zaman qulağa bir qədər su dolması qaçınılmaz olur. Bu isə qulaqda tıxanma hissi yaradaraq narahatlıq verir, ağrıya və eşitmə itkisinə yol açır. Həmçinin mütəxəssislər bildirir ki, müalicə edilmədiyində qulaqdakı maye, eşitmə itkisi və qulaq pərdəsinin iltihabı kimi problemlərə səbəb ola bilir. Bunun üçün qulaqdakı mayeni mümkün qədər sürətli bir şəkildə boşaltmağınız çox vacibdir. Bəs, qulağa dolan suyu necə çıxarmaq olar? SİVİL.AZ qulaq, burun, boğaz həkimi Melih Çiçəyin bununla bağlı faydalı məsləhətlərini diqqətinizə çatdırır. Cazibə qüvvəsi Başınızı yana doğru əyin və qulağınızı yerlə paralel şəkildə saxlayın. Ovucunuzu qulağınızı bağlayacaq şəkildə başınıza qoyun, bir neçə saniyə aşağı basıb buraxın. Bu üsul müvəqqəti bir vakkum yaradır. Qulaq pambığından diqqətli bir şəkildə istifadə edərək həmin suyu çölə çıxara bilərsiniz. Çeynəmə və əsnəmə üsulları da xarici qulaq yolunu rahatlatdığı üçün qulağınızdaki suyu çıxarmağa kömək edə bilər. Hava təzyiqi Hava təzyiqini tətbiq etmək üçün yüngülcə havanı burnunuzdan çölə doğru verin. Hərəkət doğru edilsə, qulaq yollarınızın təkrar açıq olduğuna dair yüngül bir partlama səsi eşidəcəksiniz. Amma burun qulaq pərdəsinə zərər verə biləcəyi üçün burnunuzu çox məcbur etməyin. Saç qurutma aləti Saç qurutma aləti, qulağınızdaki suyun daha tez buxarlanmasını təmin edəcək. Isti, quru hava suyu buxar halına gətirər və bu da suyun qulağın xaricinə çıxmasına köməkçi olur. Qulağınızı bədəninizin xaricinə doğru çəkin. Saç qurutma alətini qulağınızdan 15-20 sm uzaqda saxlayın. Quruducunun istiliyini artırın və hava təzyiqini salın. Quruducunu açın və birbaşa qulaq kanalına doğru tutun. Bunu 30 saniyə ərzində davam edin. Lazım olarsa bu əməliyyatı təkrarlayın. Quruducunu qulağınıza bir neçə dəqiqədən çox tutmayın. Oksigenli su Hidrogen peroksid məşhur bilinən adıyla “oksigenli su” qulaqdakı sudan xilas olmağın digər bir təsirli yoludur. Hidrogen peroksid, mayeni asanca çıxara bilər. Qulağa dörd-beş damcı hidrogen peroksid damcıladın və bir iki dəqiqə gözləyin. Mayenin asanca boşaldılmasını təmin etmək üçün başınızı aşağı doğru əyin. Qliserin Daha əvvəldən qulaq yolunuz bir az tıxalıdırsa qulağınıza su dolması bu vəziyyəti daha da şiddətləndirəcək. Çünki xarici qulaq yolunuzda mövcud olan qulaq kiri su ilə qarışıb gel halına düşəcək. Qliserin bu gel tıxacı maye halına salaraq xarici qulaq yolundan bayıra doğru axmasını təmin edəcək. 1 həftə ərzində gündə üç dəfə 3-5 damcı gliserinin istifadəsi tıxanmanı aradan qaldıracaq. Amma mayenin xarici qulaqda mı yoxsa orta qulaqda mı toplandığını bilmək lazımdır. Orta qulaqdaki maye qalığı yalnız həkim tərəfindən müalicə edilməlidir. (Ailem.az) Geri qayıt |