Əsas Səhifə > Melange / Üst manşet > Bu şəxslər təhsil haqqı ödəməyəcəklər -
Bu şəxslər təhsil haqqı ödəməyəcəklər -16-08-2017, 14:45. |
Qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu davam edir. Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən DİM tərəfindən təqdim olunan 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. SİVİL.AZ bildirir ki, onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%). Dövlət və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alacaq tələbələr ilk kursun təhsil haqqını əvvəlcədən ödəməli olacaqlar. Ödənişli əsaslarla ali məktəblərə qəbul olan tələbələrin bir qismi təhsil haqqından azad ediliblər. Bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu kateqoriyaya dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr daxildir. Həmin tələbələr qeydiyyat zamanı müvafiq olaraq məcburi köçkün vəsiqəsi, əlillik vəsiqəsi, şəhidlik vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi- sənədlərin əsli və surətini təqdim etməlidirlər. Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. Bundan əlavə imkansız tələbələrə də güzəşt ediləcəyi istisna edilmir. (AzVision.az) Geri qayıt |