Əsas Səhifə > Melange > İnsan orqanizmi üçün ən zərərli giləmeyvə

İnsan orqanizmi üçün ən zərərli giləmeyvə


30-03-2017, 20:51.
title}
İnsan orqanizmi üçün ən zərərli giləmeyvə


ABŞ alimləri bir çox giləmeyvə, tərəvəz və meyvənin tərkibini yoxlayaraq onlardan hansının insan orqanizminə daha çox zərərli olduğunu müəyyən ediblər.

Tədqiqatlar göstərib ki, çoxlarının sevdiyi çiyələk pestisidlərlə doludur. Məhz bu giləmeyvə sağlamlıq üçün ən təhlükəlidir. Bu barədə SİVİL.AZ “Mir novostey” saytına istinadla xəbər verir. Tədqiqat müəlliflərinin fikrincə, tərkibində olan zərərli maddələrin miqdarına görə ikinci yerdə ispanaq və alma gəlir.

Bundan başqa, mütəxəssislər armudu və şaftalını, habelə üzüm, kərəviz, albalını orqanizm üçün zərərli meyvə hesab ediblər. Ekspertlərin fikrincə, kartof, şirin bibər və pomidor ən az zərərli tərəvəzdir.

Tədqiqatçılar qeyd edirlər ki, təbii ərzaqların 70 faizi kimyəvi emala məruz qalır ki, bu da son dərəcə təhlükəlidir. Bu, xüsusilə uşaqların sağlamlığı üçün zərərli ola bilər (mövsümlər arasında məhz uşaqlara bu cür məhsullar verilir).

Sağlamlıq üçün təhlükəsiz meyvə-tərəvəz sırasında mütəxəssislər ananas, avokado, kivi, qreypfrut və papayyaya üstünlük verməyi tövsiyə edirlər. Həmçinin soğanı, gül kələmi, badımcan və qulançarı ehtiyat etmədən yemək olar. (AZƏRTAC)
Geri qayıt