Əsas Səhifə > Melange / Üst manşet > Bu xəbəri yalnız xanımlar

Bu xəbəri yalnız xanımlar


25-08-2017, 00:33.
title}
Bu xəbəri yalnız xanımlar


Hər qadının ən böyük arzusu gözəl və sağlam üz dərisinə sahib olmaqdır.

SİVİL.AZ evdə hazırlaya biləcəyiniz bir neçə maska növünü təqdim edir:

Yulaf maskası

Dərini qara nöqtələrdən təmizləyir, parıltı verir. Bunun üçün bişmiş yulaf əzməsini üzünüzə çəkin, 15 dəqiqə qədər dərinizdə qurumasını gözləyin. Quruduqdan sonra üzünüzü ilıq su ilə yuyun.

Gül maskası

Quru dəriyə sahibsinizsə, bu maska sizı görədir. Qurumuş gül yarpaqlarını parçalayıb süd, misir nişastası və bir çay qaşığı bal ilə qarışdırın. Qarışığı üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Sonra onu yavaş yavaş üzünüzdə masaj edin, ilıq su ilə yuyun.

Nanə maskası

Daha çox yorğun dəri üçün istifadə olunur. Yarım bananı püre halına gətirin, dörddə bir fincan alma suyu ilə qarışdırın və içinə üç damcıya qədər nanə yağı əlavə edin. Sonra içərisinə misir nişastası əlavə edin. Hazırladığınız qarışığı üzünüzə tətbiq edib ən az on dəqiqə gözləyin . Beləcə yorğun dərinizi canlandıra və rahat yata bilərsiniz.

Qatıq Maskası

Qatığa 2 qaşıq pivə mayası əlavə edib, üzünüzdə on dəqiqə saxlayın. Üzünüz bu maska sayəsində hamar olacaq.

Qoz Maskası

Qozları yaxşıca üyüdüb, 1 qaşıq bal, 1 qaşıq portağal suyu və 4 qaşıq da süd əlavə edin. Bu qarışığ ıüzünüzdə 10 dəqiqə gözlədin və dərinizə zərifcə masaj edin. Sonra ilıq su ilə yuyun.

Limon maskası

Yumurta ağı ilə limon suyunu qarışdırın. Sızanaqlı bölgəyə çəkib 20 dəqiqə gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Bu maskanı həftədə iki dəfə tətbiq etmək lazımdır. (axşam.az)
Geri qayıt