Əsas Səhifə > Melange > Zoğalın
Zoğalın27-08-2017, 00:40. |
Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər. Bundan əlavə, meyvəsinin tumunu qovurub toz halına salandan sonra uşaqlarda baş verən ishala dizenteriyaya qarşı işlədirlər. Zoğal meyvələrindən hazırlanmış çaxır demək olar ki, ishalın və dizenteriyanın ən vacib dərmanıdır. SİVİL.AZ bildirir ki, oğalın yarpağından çay surqatı kimi də istifadə edilir. Ümumiyyətlə, Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən isitməyə (malyariyaya) qarşı istifadə olunur. Bu məqsədlə zoğalın qurudulmuş meyvəsindən suda çay kimi dəmləyib gündə 2-3 dəfə, hər dəfə də bir stəkan xəstəyə içirirlər. Zoğaldan hazırlanan keyfiyyətli lavaş da rayon əhalisinə çoxdan məlumdur. Zoğal lavaşından bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdırıcı kimi geniş istifadə edilir. Zoğal meyvələri yetişdikcə turşuluğu azalır, şəkəri isə xeyli artır. Odur ki, zoğalı al-qırmızı rəng aldıqda toplamaq məsləhətdir. Qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsindən sinka, qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşanasından hazırlanan spirtsiz içkilərdən malyariyada, iştahanın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahaartırıcı vasitə kimi istifadə edilir. Meyvəsinin ət hissəsindən hazırlanan preparatlarından zülalın asan həzm olunmasında, ishalın qarşısının alınmasında və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur. Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Bundan başqa zoğaldan hazırlanan şirə mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur. Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Zoğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur. Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər - ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra yaranın üstünə səpdikdə yara tezliklə sağalır. Zoğalın meyvəsinin çəyirdəyindən qəhvə hazırlamaq da mümkündür. Zoğal xərçəngin qarşısını alır... İmmunitet sistemini sürətlə gücləndirir. Xüsusilə qan dövranı sisteminə təsiri böyükdür. İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən amillərin qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur. Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunar və bu sayədə yuxu yatarıq. Lakin, melatonin kifayət qədər ifraz olunmazsa xərçəng meydana gəlir. Hüceyrə istehsalı sürətlə pozulmağa başlayır. Yuxu probleminiz varsa və yata bilmirsinizsə yatmadan əvvəl mütləq 1 stəkan zoğal suyu için. Melatonin sürətlə ifraz olunduqca yuxunuz gələcək. Gündə 1 ovuc qədər zoğal yemək, döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır. Edilən araşdırmalarda zoğalda brokolidən 5 qat daha çox antioksidant tapılmışdır. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur. Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi narahatlıqlardan qoruyar. Zoğal, sidik yolu infeksiyalarında məsləhət görülür. Sidik içindəki, turşu miqdarını artıraraq böyrək daşı meydana gəlməsinə mane olur. Üstəlik var olan daşlardan xilas olmağı təmin edər. Təbii bir antibiotik olan zoğal, mədə xorası kimi xəstəliklərə xeyirlidir. Zoğal temperaturu salar və ishalı dayandırar. Yara və yanıqlarda müalicə edici xüsusiyyəti vardır. Əzilərək yaralara və yanıqların üzərinə qoyulur. Klimaks dövründə qadınlarda yaranan isti basmalarının qabağına alar. Depressiya və ruhi xəstəliklərdə köməkçi bir qidadır. Xüsusilə şəkər xəstələrinə təklif edilir. Çünki içində şəkər nisbəti aşağıdır. Geri qayıt |