Əsas Səhifə > Melange > Sağlam və gözəl olmaq istəyirsiniz? -

Sağlam və gözəl olmaq istəyirsiniz? -


4-08-2017, 10:00.
title}
Sağlam və gözəl olmaq istəyirsiniz? -


Yay fəslində ən çox yeyilən tərəvəzlərdən biri xiyardır. Bəs, tez-tez yediyiniz xiyarın faydaları barədə məlumatınız varmı?

SİVİL.AZ bildirir ki, xiyarın həm sağlamlığa, həm də gözəlliyə bir çox faydaları var.

1. Xiyar bədənin bütün yorğunluğunu azaldır;

2. Revmatizm və oynaq ağrılarına faydalıdır;

3. Susuzluğu yatırır;

4. İnsulin ehtiyacını aradan qaldırır;

5. Tər vəzilərinin normal fəaliyyətini nizamlayır;

6.
Xiyarın tərkibinin əsasını su təşkil etdiyi üçün dəriyə gözəllik verir;

7. Bu tərəvəz sağlamlığı möhkəmləndirir və zahiri görünüşə çox gözəl təsir edir;

8. Xiyar 90 faiz mayedən ibarət olduğu üçün, orqanizmdə maye itkisini kompensasiya edir;

10. Kalium, maqnezium və silisiumla zəngindir. Buna görə gözəllik salonları bu tərəvəzlə olan prosedurları tez-tez təklif edirlər. Xiyarda demək olar ki, bütün lazımlı vitaminlər var. Əsasən immuniteti bərkidən, enerjini yüksəldən və dərini parıldadan A və B vitaminləri;

11. Xiyar maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir;

12. Yorğun gözləri canlandırır. Göz qapağının üzərinə soyudulmuş xiyar dilimini qoyaraq siz həqiqətən gözlərin altında olan torbacıqlardan azad olacaqsınız və gözlərinizin parlaqlığını qaytaracaqsınız;

13. Saçları və dırnaqları bərkidir. Silisium dırnaqları möhkəmləndirir və saçların daha sürətlə uzanmasına kömək edir;

14. Günəş yanıqları ilə mübarizə aparmağa kömək edir. Dərinin qızarmış sahəsinə xiyar dilimini qoyun, qısa bir müddət ərzində qıcıqlanma keçəcək;

15. Xiyar nəfəsi təravətləndirir. Xiyarın şirəsi diş ətinin iltihabı zamanı da istifadə olunur. Xiyar dilimini 30 saniyə ərzində damağınızda sıxın, bu, ağızda xoşagəlməz qoxuya səbəb olan bakteriyaları öldürür. (axşam.az)
Geri qayıt