Əsas Səhifə > Melange > Sevgilinizlə qucaqlaşanda belinizi sığallayırsa... -
Sevgilinizlə qucaqlaşanda belinizi sığallayırsa... -4-09-2017, 16:30. |
Sevdiklərimizlə qucaqlaşmaq hər birimizə müsbət təsir edir. Alimlərin araşdırmalarına görə, qucaqlaşmaq yalnız psixoloji deyil, sağlamlıq baxımından da xeyirlidir. 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan oksitosinin azalmasına gətirir. Bu isə qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır, depressiya simptomlarını azaldır. Bəs qucaqlaşma formalarının nə məna verdiyini bilirsinizmi? SİVİL.AZ xəbər verir ki, bir münasibətin fərqli xüsusiyyətlərini özündə ehtiva edən müxtəlif qucaqlaşma formaları var. Onlara diqqət etsəniz, sevdiyinizin sizin haqda nə düşündüyünü biləcəksiniz. 1. Əllərinizi sevgilinizin ciblərinə soxaraq qucaqlamaq Əllərinizi partnyorunuzun ciblərinə soxa biləcək qədər rahat olmağınız, onun sizin üçün bir məna ifadə etdiyini göstərir. 2. Qolları sevgilinin belinə dolayaraq qucaqlamaq Qollarınızı sevdiyiniz insanın belinə dolamağınız qoruma instinktini göstərir. Onun üçün daim güvən və rahatlıq yarada biləcəyinizə dair özgüvəninizin işarəsidir. 3. Gözlərinin içinə baxaraq qucaqlamaq Sevgilinizin gözlərinin içinə baxaraq qucaqlamaq həqiqi və səmimi bir əlaqə yaratmağı bacardığınız anlamına gəlir. Onu qucaqlayaraq gözlərinin içinə baxdıqda demək olar ki, münasibətiniz fiziki həzzi aşıb, artıq qarşınızdakı şəxsin ruhuna bağlanmısınız. 4. Qucaqlaşarkən belini sığallamaq Bu, rahatlamaq mənası daşıyır. Həmişə o insanın yanında olmaq istəyirsiniz. Ona dəyər verirsiniz. Bu davranışla yaxınlaşdığınız şəxs adətən problemlərinizi anlatmağa və eyni zamanda onunkunu də dinləməyə könüllü olduğunuz şəxsdir. 5. Qolları çiyinlərə qoyaraq qucaqlamaq Sevgiliniz qollarını çiyinlərinizə qoyaraq qucaqlayırsa, bu hərəkət dostluğu göstərir. Deməli, inam dolu bir münasibət qurmusunuz, amma dostanə bir yolla. 6. Qucaqlayarkən belini oxşamaq Bel oxşamaq da dostluğun göstəricisidir. Bu forma dostluqdan o yana bir yaxınlıq istəmədiyinizi bildirir. Dostluğun ilk mərhələlərində olan şəxslərin etdikləri hərəkətdir. 7. Qucaqlaşarkən araya məsafə qoymaq Belə edən şəxslər var. Əgər biri sizi qucaqlayarkən aranıza məsafə qoyursa, bu, özünü narahat hiss edir deməkdir. Bu vəziyyət inamsızlığı, ya da anlaşmazlığı göstərir. Yenə də pis bir şey düşünmək olmaz. Bəlkə də sizi daha yaxşı tanımamasının göstəricisidir. (lent.az) Geri qayıt |