Əsas Səhifə > Melange > İnsanı ağıllı edən

İnsanı ağıllı edən


7-09-2017, 10:00.
title}
İnsanı ağıllı edən


Müxtəlif hobbilərlə məşğul olmaq insanın biliyini və intellektini artırır. Alimlər hobbinin insan təfəkkürünə faydalı olduğunu söyləyirlər. Belə ki,hobbi ilə məşğul olan insan yeni şeylər öyrənə və öz dünyagörüşünü artırmağa nail ola bilir.

SİVİL.AZ bildirir ki, alimlər ən çox isə 3 hobbinin onunla məşğul olanların ağıl və intellektinin artmasına səbəb olduğuinu vurğulayırlar.

1. İdman

Harvard Tibb Məktəbinin mütəxəssisləri idmanın insan beyninə müsbət təsir etdiyini söyləyirlər. Onlar mütəmadi olaraq idmanla məşğul olanların beynində irisin molekulunun ifraz edildiyini söyləyirlər. Bu molekul beyindəki neyronları qoruyur. İrisin molekulunun artmasi isə intellektin artmasına səbəb olur. İdmanla məşğul olmaq beyinin funksiyasını və degenerasiyasını yaxşılaşdırır.

2. Mətnlərin əllə yazılması

"Psychological Science" elmi jurnalı mətnlərin əllə yazılmasının insan beyninin fəaliyyətini artırdığı barədə məqalə çap etmişdir. Məqalədə əllə yazı yazmanın beyin fəaliyyətinə yaxşı təsir etməsi və yaddaşı yaxşılaşdırması barədə qeyd olunub. Bundan əlavə alimlər məktub yazmanın insanın problemlərini həll etməsində, yeni ideyalar yaratmasında da faydalı olduğunu vurğulayıblar.

3. Hər şeylə maraqlanmaq

"Harvard Business Revivw" jurnalında yazılan elmi məqalədə isə hər şeylə maraqlanmağın insan beyninin və onun intellektinin genişlənməsində faydalı olduğu qeyd edilib. Məqalədə hər şeylə maraqlanan adamın maraq dairəsinin daha geniş olması və bu səbəbdən də onun dünyagörüşünün ətrafındakılardan qat-qat artıq olduğu bildirilir. (immunitet.az)
Geri qayıt