Əsas Səhifə > Melange > Çay və qəhvə sevən insanların

Çay və qəhvə sevən insanların


10-09-2017, 11:30.
title}
Çay və qəhvə sevən insanların


Çay sevən insanla qəhvə sevən insanlar arasında çox böyük fərqlər var. Kənardan sadə içki kimi görünən bu iki içki əslində xarakter etibarilə insan haqda çox böyük sözlər deyə biləcək gücdədir. Belə ki, qəhvə hər şeydən öncə emosiyadır, ehtirasdır. Qəhvəni həddindən artıq sevən insanlar böyük ehtiras sahibləridir.

SİVİL.AZ qəhvə və ya çaya olan sevgisinə əsasən, insanların bir-birindən fərqli xüsusiyyətlərinin xarkterizə olunduğu araşdırmanı təqdim edir:

1. Sevilən məkanlar fərqlidir

Qəhvə sevənlər isti məkan axtarışında olurlar. Onlar adətən hərəkətli həyat tərzinə sahib olurlar.

Çayı sevənlər isə özlərini rahat hiss edə biləcəkləri, kütlədən kənar, sakit yerləri üstün tuturlar.

2. Romantika anlayışları tam fərqli olur

Qəhvə sevən insanlar sevgiyə, eşqə çox bağlı olurlar. Qarşılarındakı insanın ayaqlarını yerdən üzəcək davranışlar göstərə bilərlər. Qısacası, romantizm onlarda pik həddə çatır.

Çay sevənlər isə sevgi münasibətlərində insanlar arasında mənəvi bağlılıq olmasının tərəfdarıdır. Onlara görə insanlar bir-birləri üçün çox dəyərlidirlər və çox asanlıqla qırıla biləcək qədər müdafiəsizdirlər. Birlikdə səhər yeməyinə getmək, sarılmaq onlar üçün çox böyük məna kəsb edir.

3. Çevrəsi və sosial həyatları fərqli olur

Həyatlarına nəzər salsaq, qəhvəni sevən insanların həyatı bir parti qədər əyləncəli və həmişə aktivdir. Qəhvə ilə yüksək enerji bazası yaradan bu insanların ətrafı hər zaman insan qaynayar.

Çay sevənlər isə az, amma əsl dost sahibi olurlar. Adətən sıxlıqdan qaçarlar.

4. İzlədikləri filmlər janr etibarilə çox fərqlidir

Qəhvə həvəskarları hərəkətli, qorxulu, dedektiv mövzulu kinoları sevdikləri halda, çay sevərlər daha çox həyati, fəlsəfi, düşündürücü filmlərə meyl edərlər.

5. Krizləri fərqli olar

Belə ki, qəhvə krizləri keçici olur. Ancaq sizin çay kriziniz tutubsa, bunu heç bir yolla təxirə sala bilməzsiniz. İstəsəniz belə baş ağrıları və başqa narahatlıqla rastlaşarsınız.

6. Çay sevən insan səmimi, Qəhvə sevənlər isə intellektual və qəliz olurlar

Çay sevən insanla hər mövzuda söhbət edə bilərsiniz. Rahat və səmimi insanlardırlar. Qəhvə həvəskarları isə intellektual duruşları ilə daha ciddi görüntü yaradırlar.

7. Seçicidirlər

Yuxarıda qeyd etdiyim bənddə deyildiyi kimi kriz zamanı qəhvə həvəskarları qəhvənin istənilən növü ilə bu krizi yatıra bilirlər.

“Çayçı”larda isə bu belə deyil. Əgər çayın rəngi, dadı, görüntüsü onların ürəyincə deyilsə, içməkdən imtina edərlər. (Qaynarinfo)
Geri qayıt