Əsas Səhifə > Melange / Üst manşet > Az və ya çox yaşayacağınızı təyin edin -

Az və ya çox yaşayacağınızı təyin edin -


10-09-2017, 23:10.
title}
Az və ya çox yaşayacağınızı təyin edin -


Lester Universiteti (Böyük Britaniya) alimləri sübut edirlər ki, insanın yerişinin sürətindən ürək və damar xəstəliklərinin riskini təyin etmək olar.

SİVİL.AZ məlumatına görə, araşdırmalar göstərib ki, asta-asta gəzən orta yaşlı insanlarda tez tempdə gəzən insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin inkişafı riski artmış olur.

Zee News xəbər verir ki, mütəxəssislər 6 il ərzində 420 727 orta yaşlı insana nəzarət edirdi. Məlum olub ki, asta-asta yeriyən qadın və kişilər ürək xəstəliklərindən daha tez-tez ölürdü.

Alimlərin fikrinə görə, yerişin sürəti insanın ümumi fiziki forma və fiziki davamlılıqla sıx əlaqəlidir. Bu göstərici isə ürəyin fəaliyyətindən xəbər verir. (saglamolun.az)
Geri qayıt