Əsas Səhifə > Melange > Kişilər, əgər hər gün 200 qram

Kişilər, əgər hər gün 200 qram


12-09-2017, 21:30.
title}
Kişilər, əgər hər gün 200 qram


Nar yeganə bitki növlərindən biridir ki, yarpağının, çiçəyinin, qabığının, dənəsinin, şirəsinin, şərbətinin sağlamlıq üçün saysız hesabsız faydaları var.

SİVİL.AZ narın faydalarını təqdim edir.

Tərkibi vitaminlərlə, mikroelementlərlə, orqanizm üçün zəruri olan digər maddələrlə zəngin olan nar hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunub, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar bu möcüzəvi bitkidən şəfa tapıblar.
Müntəzəm olaraq nardan istifadə etmək sağlamlığımıza nələri vəd edir?

Nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı vasitələrdən biridir. 1 stəkan nar şirəsi ürəyi qüvvətləndirər. O, həm də qan təzyiqini aşağı salır.

Orqanizmin zərərli maddələrdən təmizlənməsinin ən asan yolu nardan istifadə etməkdir.

Qanın təmizlənməsi üçün ildə iki dəfə nar şirəsindən istifadə etmək yetərlidir. Kurs 3 həftə davam etdirilməlidir. Birinci həftə gün ərzində 3 dəfə yarım stəkan, ikinci həftə 2 dəfə, üçüncü həftə gündə bir dəfə yarım stəkan təzə çəkilmiş nar şirəsi içilərsə, qan zərərli maddələrdən təmizlənmiş olar.

Dərinin gümrah və sağlam görünməsini təmin edən nar həm də dəri infeksiyalarına qarşı mübarizə aparır.

Nar sidikqovucu və ödqovucu xassəyə malikdir. Öd durğunluğuna qarşı stəkanın üçdə bir hissəsi qədər nar şirəsi içmək məsləhət görülür.

Bu möcüzəvi meyvənin ən başlıca faydalarından biri odur ki, o bütün orqanların fəaliyyətinə müsbət təsir edir, immun sistemini gücləndirir.

Soyuqdəymə və qızdırma zamanı bir stəkan nar şirəsinə bir çay qaşığı bal əlavə edib içmək xeyirlidir.

İshal və bağırsaq pozğunluğu zamanı nar qabığından istifadə olduqca faydalıdır. Bunun üçün 3 xörək qaşığı nar qabığını bir stəkan suya əlavə edib zəif odun üzərində yarım saat saxlamaq, soyutduqdan sonra gündə 3-4 dəfə stəkanın dörddə bir hissəsi qədər içmək lazımdır.

Narın tərkibində olan antioksidantlar yaşıl çaydan və qırmızı şərabdan 3-4 dəfə artıqdır.
Cinsi zəiflik zamanı 1 ay müddətində hər gün 200 qram nar şirəsi içməklə bu problemi təbii yolla həll etmək mümkündür.

Kişilərin "ikinci ürəyi" adlandırılan prostat vəzin xəstəliklərinə qarşı profilaktikasında narın xeyri əvəzsizdir.

Nar görmə qabiliyyəti üçün də olduqca xeyirlidir. Əgər görmə qabiliyyətinizdə zəifləmə (toyuq korluğu) hiss edirsinizsə, qida rasionunuza hökmən nar şirəsi əlavə edin.

Nardan müntəzəm olaraq istifadə xərçəng xəstəliyinə tutulmaq riskini azaldır.

Stressdən, gərginlikdən yaxa qurtarmaq üçün çay dəmləyərkən ona bir neçə nar qabığı da əlavə edin. Bu, çayınızı ətirli etməklə yanaşı, gün ərzində qıcıqlanmalardan sizi xilas edəcək.

Nardan ağız boşluğunda yaranan iltihabi xəstəliklər, boğaz ağrısı zamanı da faydalanmaq olar. Bunun üçün nar şirəsini ilıq su ilə qarışdırıb qarqara etmək öz müsbət təsirini göstərər.

Nar şirəsindən kosmetik vasitə kimi də istifadə etmək olar. Üzdə səpkilər olan zaman bir çay qaşığı nar şirəsini eyni miqdarda xama ilə qarışdırıb üzə çəkməli, 10 dəqiqədən sonra ilıq su ilə yuyulmalıdır.

Mədə və onikibarmaq bağırsağın xorası, qastrit, pankreatit, qəbizlik zamanı nardan istifadə etmək məsləhət görülmür. (modern.az)
Geri qayıt