Əsas Səhifə > Melange > Kompüter, televizor qarşısında çox oturanların
Kompüter, televizor qarşısında çox oturanların17-09-2017, 00:30. |
Onurğa fəqərələrdən ibarətdir və fəqərələr fəqərəarası disklər vasitəsi ilə bir-birinin üzərində hərəkət edirlər. Bu disklər elastik olduğu üçün fəqərələr rahat hərəkət edə bilirlər. Degenerativ proseslər zamanı fəqərəarası disklərin elastikliyi pozulur, disk yastılaşır. Ağır hallarda isə onu əhatə fibroz halqa qırılır və yırtıqların, protruziya əmələ gəlməsinə səbəb olur. SİVİL.AZ bildirir ki, bu sözləri onurğa ağrıları ilə bağlı danışan terapevt-osteopat həkim Ülviyyə Süleymanova deyib. Onun sözlərinə görə, bu ağrıların səbəbi az hərəkətlilik, oturaq həyat tərzi, kompüter və televizor qarşısında çox oturmaqdır: "Boyun osteoxondrozlarının, yırtıqlarının əsas səbəbi isə başı aşağı vəziyyətdə uzun müddət telefondan istifadə edilməsidir. Az maye qəbul etmək, ağır fiziki işlə məşğul olmaq da bu ağrıların əmələ gəlməsinə səbəb olur. Xəstəliyin əsas əlamətləri isə yerləşdiyi nahiyədən asılıdır. Yəni problem bel nahiyəsindədirsə, xəstə oturub-duran zaman çətinlik çəkir və yataqdan qalxdıqda ağrılar yaranır. Belə ağrılar ayağa doğru radiasiya edir, gecə vaxtı xəstənin ayaqlarının altında yanma hissi yaranır. Bu problem yeni başladığı zaman səhərlər bir müddət olur, sonra isə hərəkət etdikcə tədricən keçir. Boyun nahiyəsində olduqda isə həmin nahiyədən çiyinə radisasiya edən, qollara, barmaqlara doğru gedən ağrılar olur. Bu zaman barmaqların keyləşməsi, qol gücünün zəifləməsi, baş ağrıları, baş gicəllənmə halları müşahidə olunur. Bəzən bu ürəkbulanmaya və qusmaya da gətirib çıxara bilər. Bu, çox zaman diafraqma sinirinin qıcıqlanması ilə əlaqədardır. Boyun fəqərələrində problem olduqda diafraqma siniri qıcıqlanır. Buna görə də miqren tipli ağrılar müşahidə olunur". Həkim Bioloji Təbabət Klinikasında onurğa ağrılarının müalicə olunmasından da danışıb: "Bu xəstəliklərin müalicəsində biotənzimləyici preparatların və osteopatiyanın əvəzsiz rolu var. Belə ki, müalicədə əsas məqsəd fəqərələrdə və bağlardakı gərginliyi aradan götürmək, fəqərələrin normal hərəkətini bərpa etməkdir. Yəni fəqərəarası diski qidalandırmaq, daralmış hissəni genişləndirmək və fəqərəarası diski əvvəlki vəziyyətinə qaytarmaq lazım gəlir. Çox zaman xəstələr həkim məsləhəti olmadan ağrıkəsici preparatlardan istifadə edirlər. Bu da bir müddətlik ağrını kəssə də əsas prosesin qarşısını almır və problemin ağır dərəcəyə gəlib çıxmasına səbəb olur. Bunun üçün vaxtında həkim müayinəsində olmaq lazımdır. Vaxtında aparılmış düzgün müalicə gələcəkdəki ağır problemlərin qarşısını alır. Bioloji Təbabətin əsas üstünlüyü ondan ibarətdir ki, orqanizmə vahid sistem kimi baxırıq və yalnız xəstənin şikayət etdiyi yeri deyil, bütövlükdə orqanizm müalicə olunur. Yəni xəstəliyi deyil, xəstəni müalicə edirik". (axar.az) Geri qayıt |