Əsas Səhifə > Melange / Üst manşet > Görünməzlik xalatı
Görünməzlik xalatı22-09-2017, 00:10. |
Ətraf mühitdə sıçrayan işığın göz bəbəklərimizdə əks olunması nəticəsində baş verənləri, mövcud olanları görə bilirik. Bu vaxta qədər görünməzliyi kəşf etmək üçün bütün təcrübələr həmin işıqları kəsə bilmək istiqamətində olub. SİVİL.AZ bildirir ki, hələki görünməzliyi təkcə ya kiçik ölçülü əşyalarda təmin etmək mümkün olub, ya da kəskin parlaq effektlər görünməyə başlayıb. Bu dəfə isə mütəxəssislər xüsusi bir maddə və xüsusi dalğa texnologiyası ilə görünməz xalatı yarada biliblər. Belə ki, sözügedən xalat işıq dalğalarını özündən keçirərək, heç yoxmuş kimi effekt yarada bilir. Hələ bu istiqamətdə işlər davam etdirilir və gələcəkdə daha mükəmməl kəşflər olunacağı gözlənilir. Geri qayıt |